Baş nazirdən müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə qərar verib.
BiG.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb:
Komissiyanın sədri
Azərbaycan Respublikasının səhiyyə naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri
Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.
Komissiyaya tapşırılıb ki, 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə "Psixooji yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
Həminçin bu qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1612 Tarix: 13 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı CİNAYƏT İŞİ AÇILDI
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb. "Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayə
16.07.2025 332 Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı ilə görüşüb
İyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb. bu barədə AZƏRTAC-a istinadən xəbər verir
16.07.2025 350 40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI
İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 33-37 ist
16.07.2025 368 Kral III Çarlz tennisdə 106 illik ənənəni ləğv etdi
İngiltərədə Kral II Çarlzın təşəbbüsü ilə tennis idman növündə 106 ildir davam edən geyim qaydası ləğv edilib. xarici mediaya istinadən xəbər verir ki, Kralın qərarına əsasən, tennis oyunçuları artıq yalnız ağ geyimlərdən istifadə etmək məcburiyyətində olmayacaqlar. Yeni qaydalara əsasən, oyunçular istədiklər
16.07.2025 236 Pul sayan kassir milyonçu oldu
ABŞ-da yanacaqdoldurma məntəqəsinin kassiri növbəsini dəyişərkən pulların arasında üzərində prezident Con Kennedinin təsviri olan 3,2 milyon dollarlıq nadir sikkə tapıb. xarici mediaya istinadla bildirir ki, Stiv Uitmor günün pullarını sayarkən, onların arasında 50 sentlik qəribə sikkə görüb. Pul digərlərində
16.07.2025 216 6 futbolçu "Mançester Siti"ni tərk edir
"Mançester Siti"nin 6 futbolçusu bu transfer pəncərəsində komandanı tərk edə bilər. xəbər verir ki, bu, baş məşqçi Xose Qvardiolanın istəyi ilə bağlıdır: o, sərəncamında hazırda olduğundan daha az oyunçunun olmasını istəyir. Müdafiəçilər Con Stounz, Niko Oreyli, yarımmüdafiəçilər Mateo Kovaçiç
16.07.2025 175 Təyyarədə qulaqların tutulmasının qarşısını almağın EFFEKTİV YOLU
Yayda bir çoxumuz səyahətə çıxırıq. Təyyarə ilə uçmaq maraqlı olsa da, uçuş zamanı qulaqların tutulması bir çox insan üçün narahatlıq yaradan problemdir. -ın xarici mediaya istinadla məlumatına görə, həkim bu vəziyyətdən asanlıqla qurtulmağın yollarını izah edib. Qulaq niyə tutulur və necə kömək etmə
16.07.2025 187 Həftə sonu 41 dərəcə isti olacaq
Həftə sonunadək gözlənilən hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq. Atmosfe
16.07.2025 306 "Faladdin"lə bağlı istintaq!
"Faladdin" və "Binnaz" tətbiqlərinin sahibi Sertaç Taşdelen barəsində istintaq başladılıb. OLAY yazır ki, iddialara görə, Taşdelenin pulları xaricə çıxardığı müəyyən edilib. Bu səbəbdən onun bütün əmlakına və hesablarına məhdudiyyət qoyulub
16.07.2025 169