Azərbaycanda DƏHŞƏT: Ot presləyən qurğuya düşdü - Qolları və bədəninin bir hissəsi...

Azərbaycanda DƏHŞƏT: Ot presləyən qurğuya düşdü - Qolları və bədəninin bir hissəsi...Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb.

Ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunda işləyən Sabirabad sakini ot presləyən qurğuya düşərək xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Belə ki, orada işləyən Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb. Nəticədə R. İmanov xəsarət alıb. Ağır vəziyyətdə olan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3770   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş