Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib.
Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi.
Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi macərasının başlanğıcına səbəb olur.
Bu görüşdən sonra Ayan axşam Tahiri evinə dəvət edir və onlar intim münasibətdə olurlar.
Növbəti günün səhəri Tahir işinə, yəni avtoservisə gedir. O, işlədiyi bu emalatxanada Ayandan gizlətdiyi gündəlik həyatını yaşayırdı. Ayan istirahət günü olduğu üçün işə getmədi, Tahiri səbirsizliklə gözləyirdi. Tahir işdə boş vaxt tapan kimi ona sevgi mesajları yazırdı.
Həmin axşam Tahir yenidən Ayangilə gedir. Ofis işindən çox yorulduğunu və kompüterdə müəyyən proqramlar yazdığını deyir. Ayan isə onun yalanlarına inanır, ona getdikcə daha çox bağlanır.
Onlar bir neçə həftə idi ki, birlikdə yaşayırdılar. Bir gün Tahir Ayanın çarpayısının altında pul görür. O, pulun nə üçün olduğunu soruşduqda Ayan "Maşın almağa pul yığıram" cavabını verir və dərhal pulu onun əlindən alıb geri qoyur. Beləliklə, bu pul Tahirin beynində başqa qığılcımlar oyadır.
Ertəsi gün işdə Tahir yalnız bu pul haqqında düşünür, Ayanın pulu öz zəhməti ilə yığdığını dərk etsə də, bu fikir ona rahatlıq vermir. Nahar vaxtı iş yoldaşı ilə söhbət edərkən "Kasıb yaşamaqdan bezmişəm" deyir. Həmkarı isə "Varlanmaq üçün risk etmək lazımdır" deyir və bu sözlər Tahiri Ayanın yığdığı pullar barədə yenidən düşünməyə vadar edir.
Gecə yarısı onlar şəhərin gecə klublarından birinə gəlirlər, içki içib rəqs edirlər. Daha sonra evə qayıdırlar. Tahir əvvəldən planlaşdırdığı kimi naqillə Ayanı boğaraq qətlə yetirir və onun maşın almaq üçün yığdığı pulu oğurlayaraq evdən qaçır.
Ətraflı Baku TV-nin süjetində:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1524 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMedia və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı
22.10.2026 341 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22.10.2026 438 Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, bu gün gecə saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcil
11:13 150 Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
12:18 87 Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar
Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında
22.10.2026 424 Dünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMA
Böyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. .
Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyat
11:35 200 Avropadan Putinə iki təklif
"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh
10:44 158 Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22.10.2026 416 Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl
11:34 123