Dünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMA

Dünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMABöyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. 


Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyatı toplamağı məsləhət görür. 

Həmçinin nağd pul, pasport surətləri, vacib telefon nömrələri, tibbi ləvazimatlar, daşınan enerji qurğuları (powerbank), radioqəbuledici və fənərlərin hazır saxlanılması tövsiyə olunur. Bu addım hökumətin növbəti üç il ərzində həyata keçirməyi planlaşdırdığı "milli davamlılıq dialoqu" proqramının tərkib hissəsidir.
 
Müdafiə naziri Uez Striting Telford şəhərində tank lülələri istehsal edən zavodun açılışı zamanı bəyan edib ki, ölkə vətəndaşları düşmən dövlətlər və ya terrorçular tərəfindən həyata keçirilən kiberhücumlar və təchizat zəncirinin pozulması kimi kritik ssenarilərə hazır olmalıdırlar:

"Supermarketlərdə ödəniş sistemləri dayansa, nə edərdiniz? Bunlar hər an qarşılaşa biləcəyimiz gündəlik təhdidlərdir. Buna görə də ölkəni belə vəziyyətlərə hazır olmağa çağırmaq tamamilə doğrudur".

Məlumata görə, artıq 500-dən çox təşkilat "Be Ready" kampaniyasına qoşulmaq istəyini bildirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, dünyada baş verən hadisələr müəyyən mənada İkinci Dünya müharibəsi ərəfəsindəki vəziyyəti xatırladır:

"Buna görə də əhaliyə mümkün fövqəladə vəziyyətlərə və müharibə şəraitinə hazır olmaqla bağlı çağırışlar edilir.
Bunun əsas səbəblərindən biri müasir müharibələrin əvvəlki dövrlərlə müqayisədə daha ağır nəticələrə səbəb ola bilməsidir. Bu gün nüvə və kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahlarının mövcudluğu mümkün müharibələrin fəsadlarını daha da ağırlaşdırır. Eyni zamanda, beynəlxalq gərginlik və böyük dövlətlərin mümkün qarşıdurması ilə bağlı narahatlıqlar müharibə riskinin artdığına dair müzakirələri gücləndirir".

Ekspertin fikrincə, əhalinin bu istiqamətdə hazırlanmasının iki əsas məqsədi var:

"Birincisi, insanları mümkün müharibə şəraitində özlərini qorumağa, fövqəladə vəziyyətlərdə düzgün davranmağa və sağ qalmaq üçün zəruri biliklərə yiyələnməyə hazırlamaqdır. İkincisi isə psixoloji hazırlıqdır. İnsanlar mümkün təhlükələr barədə əvvəlcədən məlumatlandırılır ki, belə bir vəziyyətlə qarşılaşdıqları zaman şok yaşamasınlar, nə baş verdiyini anlamaqda çətinlik çəkməsinlər və necə davranmalı olduqlarını bilsinlər. Başqa sözlə, məqsəd əhalini mümkün müharibə şəraitinə həm fiziki, həm də psixoloji baxımdan hazırlamaqdır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 197   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco

11:51 93
.

Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"

Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y

22.10.2026 429
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib

10:40 144
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 333
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

22.10.2026 372
.

Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA

Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol

22.10.2026 270
.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

22.10.2026 392
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22.10.2026 337
.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

22.10.2026 269
.