Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1,0 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki,
bu azalmanı xatırlayırıqsa, ilin əvvəllərində və ortalarında göstərici 10 faizə yaxın idi:
"Mövcud İran-İsrail müharibəsi Azərbaycan turizm bazarına ciddi təsir göstərib. Çünki hədəf bazarlarımız olan Körfəz ölkələri, İran və İsraildən Azərbaycana gələn turistlərin sayı hava məkanının bağlanması ilə əlaqədar olaraq kəskin azalmışdı. Hazırda müşahidə olunan müəyyən artım isə əslində bu azalmanın həcmini aşağı salıb. Ölkədən gedənlərin sayında da bəzi istiqamətlər üzrə artım müşahidə edirik. Xüsusilə Türkiyə və Gürcüstana səfərlərin sayında artım var. Gürcüstana gedənlərin sayının daha çox artması qatarın istifadəyə verilməsi ilə əlaqədardır. Əlçatanlıq artdıqca bu istiqamətdə artımı daha çox görə biləcəyik. Ümumilikdə, demək olar ki, hər 10 nəfərdən 4-ü Türkiyəyə, qardaş ölkəyə səyahət edir. Bunun əsas səbəblərindən biri Türkiyə ilə hava nəqliyyatı əlaqələrinin daha geniş olmasıdır".
Müsahibimiz əlavə edib ki, Azərbaycan gələn turistlərin mənbə bazarlarını şaxələndirməyə çalışır:
"Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Çin kimi istiqamətlərdən daha çox turist cəlb etmək məqsədilə hazırda müxtəlif tanıtım işləri aparılır. Bununla bağlı yeni təsdiqlənmiş proqram əsasında da müxtəlif tədbirlər həyata keçirilir. Düşünürük ki, siyasi və digər iqtisadi vəziyyətlər sabit qalarsa, növbəti ildən daha çox artım müşahidə edə bilərik. Azərbaycanın qarşıdakı dövr üçün əsas hədəfi ölkəyə daha çox turist cəlb etmək və turist qəbulunu artırmaq olacaq.
Türkiyəyə səfərlərin daha çox olmasının təbii səbəbləri var. Belə ki, bu ölkə ilə hava nəqliyyatı əlaqələri daha genişdir, birbaşa reyslərin sayı çoxdur, viza tələbi yoxdur və şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkündür. Bütün bunlar səfərlərə təsir edən amillərdir. Ümumiyyətlə, qonşu ölkələr həmişə prioritet istiqamətlər olub. Bunlara Gürcüstan və Rusiya daxildir. Rusiyada müharibə və mövcud gərginlik səbəbindən bu ölkəyə gedənlərin sayında da müəyyən azalma müşahidə edirik. İrana səfərlərin sayında isə oradakı məlum vəziyyətlə əlaqədar olaraq 40 faizdən çox azalma qeydə alınıb".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 126 Tarix: 22 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
11:47 204 Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb
Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",
10:48 167 Yardımlıya icra başçısı təyin olundu - Sərəncam
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə
12:55 171 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
12:19 195 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 394 Payız niyə yaz kimi keçir?
Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı
11:03 213 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
14:10 148 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21.10.2026 360 Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 410