Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
Bakıda 65 yaşlı kişi gəlinini döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqda torpaq sahəsi alıb və özünə ev tikib. Ev hazır olandan sonra özlərinə aid olan əşyaları yeni evə köçürüblər. Sakitin həyat yoldaşı Elzadə özünə məxsus məişət əşyalarını toplayarkən evdəki yeni soyuducunu da götürmək istəyib. Bu vaxt evdə olan digər gəlin - Aqilin həyat yoldaşı buna etiraz edib. Mübahisə sakitləşəndən sonra Akif gəlinlərə yaxınlaşıb və mübahisənin səbəbini soruşub. Elzadə bildirib ki, evdəki soyuducunu Sakit aldığı üçün həmin soyuducunu da evinə aparmaq istəyir. Qayınata gəlini sakitləşdirib və soyuducunun bu evdə qalmasını istəyib. O, gəlininə bildirib ki, soyuducunun birini yeni evinə aparıb, ona görə də bu soyuducu onun evində qalsın. Elzadə isə daha da əsəbiləşərək, "o soyuducu bu evdə qalacaqsa, sənin yasına qismət olsun", - deyib. Bundan əsəbiləşən Akif gəlinini döyüb, ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə iclasında gəlinlə qayınata arasında barışıq elan olunub, cinayət işinə xitam verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
14:34 216 Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
12:21 280 Sabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağ
12:43 320 Prezident bu sazişi təsdiq etdi
"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı
17:42 224 Tünzalənin özünə 50 yaş hədiyyəsi
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen
20:15 156 Xəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
15:10 356 Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd
14:50 251 Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
19:00 185 Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU
Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində
15:39 292