DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD
"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:
"Elə bu il də bunun bariz nümunəsini gördük. İstər buraxılış imtahanlarında, istərsə də blok imtahanlarında, xüsusilə də buraxılış imtahanlarında bu yanaşmanın şahidi olduq.
Deyək ki, valideynlər və şagirdlər təhsilin məzmunu, mahiyyəti və peşəkar tərəfləri baxımından bu məsələlərə tam bələd olmaya bilərlər. Onlar müəyyən yanlışlıqlara yol verə, hansısa sual qəliz göründükdə onunla bağlı fikirlər yürüdə bilərlər. Amma məni təəssüfləndirən və məyus edən mütəxəssislərin də bu məsələdə tələsməsi oldu. Doğrudur, bəzi mütəxəssislərin fikirlərində haqlı məqamlar da var idi. Ancaq bir məsələ var: bu narazılıqlar tam və əhatəli şəkildə təhlil edilməlidir. Obyektiv fikir formalaşdırmaq üçün nəticələrin statistik təhlilinə ehtiyac var. Məsələn, Dövlət İmtahan Mərkəzi hər il imtahanlardan sonra bu statistik məlumatları elan edir. Biz də bunu bilirik və görürük. Müqayisə aparmaq üçün həmin məlumatlar lazımdır. Demək istədiyim odur ki, bu məsələdə tələsmək olmaz".
Ekspert əlavə edib ki, apellyasiya komissiyası hər zaman fəaliyyət göstərir:
"Adətən, apellyasiya müraciətləri yazılı və açıq tipli suallarla bağlı olur. Məsələn, elə şagirdlərin cavabları, elə xətlər var ki, onların oxunması, demək olar ki, mümkün deyil. Üstəlik, apellyasiya prosesində elə bir prosedur var ki, bir sual bir deyil, iki deyil, bir-birini tanımayan üç müəllim-mütəxəssis tərəfindən yoxlanılır. Apellyasiya nəticələri də bir yox, bir neçə nəfərin yoxlamasından keçir. Yəni bunlar çox mürəkkəb və dəqiq proseslərdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 186 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20.10.2026 437 Ermənistanın AİB-dən çıxması iqtisadi risklər yarada bilər
Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilata üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı birgə hesabat hazırlayıb. xəbər verir ki, sənəd təşkilatın rəsmi saytında dərc olunub. Hesabatda bildirilir ki, həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqı (Aİ) çərçivəsində inteqrasiy
11:05 124 İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20.10.2026 348 İraq İrana açılan sərhəd-keçid məntəqəsini bağladı
İraq hökuməti İranla sərhəddə yerləşən Əl-Şib sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmaq barədə qərar verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Reuters" agentliyi keçid məntəqəsindəki iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Əl-Şib sərhəd-keçid məntəqəsi növbət
12:05 66 Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola
20.10.2026 430 Kim Çen In insultdan sonra ölüb - İDDİA
Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib
20.10.2026 603 Ramiz Əzizbəylinin kürəkəni həbs olundu
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka
11:44 123 Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb
20.10.2026 368 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 418