Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolarİtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb.

"Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus olan dəbdəbəli sarayı turistlərin ödənişli yaşayışı üçün istifadəyə veriblər.

"Ruspoli Bonaparte Residence" adı altında fəaliyyət göstərən tarixi binada hər birinin sahəsi 100 kvadratmetrdən çox olan dörd özəl suit yerləşir. Antik mebellər, hündür tavanlar, mərmər bəzəklər və tarixi kaminlərlə bəzədilmiş suitlərdə bir gecə qalmağın qiyməti 470 dollardan başlayır. Bu qiymətə səhər yeməyi və xidmətçi personalın xidməti daxildir.

Tarixi sarayı bütövlüklə özəl olaraq icarəyə götürmək istəyənlər üçün isə gecəlik qiymət 4000 avro təşkil edir. Hüquqşünas və jurnalist kimi də fəaliyyət göstərən Şahzadə Jakinta və anası qonaqları sarayda şəxsən qarşılayırlar.

Tarixi binaların qorunmasının getdikcə baha başa gəldiyini bildirən Şahzadə Jakinta Ruspoli dəyişən zəmanəyə uyğunlaşmalı olduqlarını vurğulayıb: "Ailəmizdən miras qalan mədəni irsi qapalı saxlamaq əvəzinə, insanlarla bölüşməyi üstün tuturuq. Biz özümüzü sarayın sahibindən daha çox, bu tarixi irsin qoruyucusu və qəyyumu kimi görürük".

Romanın mərkəzində yerləşən bu memarlıq abidəsi həm də tarixi hadisələri ilə diqqət çəkir. Fransız imperatoru III Napoleon uşaqlıq illərində anası Hortensiya de Böharne ilə məhz bu sarayda yaşayıb.

Ruspoli ailəsi həmçinin Romadan 50 kilometr şimalda, Çerveteri şəhərində yerləşən "Castello Ruspoli" adlı tarixi qəsrlərini də 10 suitlik butik hotelə çevirərək turizm sektoruna cəlb edib.
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - FotolarŞahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - FotolarŞahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - FotolarŞahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma

Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki

20.10.2026 198
.

Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz

20.10.2026 418
.

Zelenskinin seçkilərlə bağlı planı barədə iddia səsləndirilib

Kiprin jurnalisti Aleks Xristoforu Ukrayna lideri Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) dəstəyini almaq məqsədilə ölkədə seçkilərin təxirə salınmasında maraqlı olduğunu iddia edib. xəbər verir ki, Xristoforu bu fikirləri özünün "YouTube" kanalında səsləndirib. "Məndə belə təəssüra

20.10.2026 227
.

Ölkəyə girişinə stop qoyulan azərbaycanlı HƏBS OLUNDU

Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb. yerli mediaya istinadla bildirir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsind

20.10.2026 268
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

20.10.2026 348
.

Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind

20.10.2026 222
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

20.10.2026 266
.

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20.10.2026 191
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20.10.2026 145
.