Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldıCənubi Koreyada aparılan yeni elmi tədqiqat probiotik əlavələrin Alzheimer xəstəliyi ilə bağlı erkən koqnitiv geriləmənin qarşısını almaqda və yaddaşı qorumaqda effektiv ola biləcəyini göstərib.

"Qafqazinfo" xəbər verir ki, "Journal of Alzheimer's Disease"də dərc olunan tapıntılar bağırsaq mikrobiotası ilə beyin sağlamlığı arasındakı sıx əlaqəni bir daha sübut edib.

Kvanqju Altsheymer Xəstəliyi və Əlaqəli Demensiyalar (GARD) araşdırma mərkəzinin mütəxəssisləri tərəfindən yürüdülən tədqiqata erkən koqnitiv pozğunluğu olan 87 yaşlı yetkin cəlb olunub. İştirakçılar iki qrupa bölünüb: bir qrupa 24 həftə boyunca gündəlik olaraq tərkibində üç faydalı bakteriya növü (Bifidobacterium animalis, Limosilactobacillus fermentum və Levilactobacillus brevis) olan "KL-P301" kodlu probiotik qarışığı, digər qrupa isə təsirsiz maddə (plasebo) verilib.

24 həftənin sonunda probiotik qəbul edən şəxslərin qan plazmasında Alzheimerin əsas indikatoru sayılan pTau181 zülalının səviyyəsində kəskin azalma qeydə alınıb. Qeyd edək ki, pTau181 beyin hüceyrələrinin fəaliyyətini pozan zərərli tau zülalı dolaşıqlarının göstəricisidir və adətən, demensiya simptomları üzə çıxmazdan əvvəl qanda yüksəlir.

Tədqiqat zamanı probiotik qrupundakı iştirakçıların Klinik Demensiya Reytinq Şkalasında və vizual-məkan yaddaşı testlərində də irəliləyişlər müşahidə edilib. Əlavə olaraq, probiotiklərin iltihab yaradan IL-1β sitokin səviyyəsini əhəmiyyətli dərəcədə azaltması onların iltihabəleyhinə təsir göstərdiyini ortaya qoyub.

Alimlərin fikrincə, zəif bağırsaq sağlamlığı qan-beyin baryerini zəiflədərək neyronların zədələnməsinə yol açır. Probiotiklər isə bağırsaq mikroflorasını tənzimləyərək, beyinə gedən mənfi iltihab siqnallarının qarşısını alır. Tədqiqatçılar bu metodun Alzheimerin erkən mərhələlərində qeyri-dərman müalicə üsulu kimi böyük potensiala malik olduğunu, lakin daha geniş insan qrupları ilə əlavə sınaqlara ehtiyac duyulduğunu bildiriblər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 144   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

11.10.2026 276
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18.10.2026 222
.

Kombi təmiri yoxsa kombinin dəyişdirilməsi daha uyğundur?

Kombi xarab olduqda onu təmir etdirmək və ya yenisi ilə dəyişmək arasında seçim etmək lazım gəlir. Kiçik nasazlıqlar çox vaxt təmirlə həll olunur. Problem ciddi olduqda və təmir xərci artdıqda isə kombini dəyişmək daha sərfəli ola bilər. Kombi təmiri hansı hallarda daha uyğundur?. Kombidə yaranan hə

12.10.2026 236
.

Uşaqlar üçün əşyalar, uşaq oyuncaqları Tezbazar.Az saytında

saytının Uşaqlar Üçün bölməsi övladlarınızı sevindirmək üçün doğru ünvandır!. Tezliklə övlad sahibi olacaqsınız deyə, evinizə uşaq mebeli axtarırsınız? Övladınızın sizdən tələb etdiyi hər hansı bir oyuncağı daha ucuz qiymətə almaq istəyirsiniz? Həm siz, həm də yoldaşınız işlədiyi üçün uşağınıza baxmağ

14.10.2026 2594
.

"123456" şifrəsinə görə 8,8 milyon nəfərin məlumatları oğurlanıb

Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan "123456"dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib. xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrato

18.10.2026 285
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11.10.2026 251
.

Tezbazar.Az - Pulsuz Elanlar Saytı

Azərbaycanda pulsuz elanlar saytı ilə siz gündəlik Alqı satqı əməliyatlarınızı asanlıqla edə bilərsiz. Daşınan və ya daşınmaz əmlakınızı satmaq üçün hansısa şəxsə və ya şəxslərə müraciət etməyə artıq ehtiyac yoxdur! Onlayn elanlar platforması olan bu tip məsələlərdə köməyinizə çatacaq. Saytımızda ela

16.10.2026 1388
.

Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur

Qış qarderobunun əvəzedilməzi olan palto və yun sviterlərdəki tiftiklənmə problemi xüsusi təmizləyici aparatlara pul xərcləmədən, mətbəxdəki sadə bir vasitə ilə həll olunur. xəbər verir ki, tiftik rulonları və ya xüsusi cihazlar olmadan paltarların ilkin görünüşünü qaytarmağın yolu demək olar ki, hə

18.10.2026 433
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11.10.2026 263
.