Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz".
Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib.
"Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağı mövcud deyil", - o bildirib.
Rusiyanın satdığı qazın qiymətinin mümkün artımı ilə bağlı müzakirələrə toxunan Mehrabyan qeyd edib:
"Ukrayna hər gün Rusiyanı partladıb-dağıdır, amma Moskva bizi qorxudur. Qoy gedib hava limanlarının qayğısına qalsınlar, bir təyyarə belə uçurda bilmirlər. Qaldırsalar da, ölməyəcəyik ki".
Siyasətçinin fikrincə, Ermənistanın dəmir yolu sistemi tamamilə yenidən qurulmalı və Rusiyanın idarəçiliyindən alınmalıdır: "Qaçan eşşək bizim dəmir yolunun vaqonlarından daha sürətlidir. Rusiyanın bizə göstərdiyi "xidmət" budur".
Mehrabyan hesab edir ki, Ermənistan üçün Rusiya yox, Azərbaycanla münasibətlər prioritet əhəmiyyət daşıyır: "Çünki Ermənistan sərhədlərinin dörddə üçü Azərbaycanla həmsərhəddir. Azərbaycan üçün də Ermənistanla münasibətlər vacibdir. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri gec-tez açılacaq".
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan öz siyasi mövqeyini dəyişməyə çalışır:
"Belə ki, uzun müddət Rusiyanın forpostu olmasına baxmayaraq, hazırda Rusiyadan uzaqlaşaraq daha çox digər qonşu ölkələrə yönəlməyə çalışır. Əslində, Ermənistanın ən uzun sərhədi, demək olar ki, Azərbaycanla həmsərhəddir. Əlbəttə ki, Azərbaycanla sülhün əldə olunması, Cənubi Qafqazda ümumi sülh və sabitliyin bərpa edilməsi Ermənistanın maraqlarına uyğun olmalıdır. Çünki hazırkı situasiyada Cənubi Qafqazda vəziyyət kifayət qədər gərgindir. Daha doğrusu, 30 ildən artıq müddətdə regionda gərginlik hökm sürüb və bu da Ermənistanın işğalçılıq siyasəti səbəbindən baş verib. Nəticədə Ermənistan regionda həyata keçirilən bir çox layihələrdən kənarda qalıb. Düşünürəm ki, hazırkı şəraitdə Ermənistan məhz bu məsələləri həll etməli və Azərbaycanla münasibətlərini tənzimləməlidir.
Bu baxımdan, Mehrabyanın səsləndirdiyi fikirlərdə həqiqət var. Belə ki, hazırda Ermənistan üçün münasibətləri yaxşılaşdırmaq baxımından ən perspektivli ölkə məhz Azərbaycan olmalıdır. Təbii ki, Rusiya ilə münasibətlər də Ermənistan üçün vacibdir. Bu, başadüşüləndir. Çünki Ermənistan uzun müddət Rusiyanın forpostu olub. Ölkə iqtisadiyyatının və sənayesinin bir çox sahəsi Rusiyanın nəzarəti altındadır. Buna görə də Ermənistan hələlik Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamağa məcburdur.
Ancaq Ermənistan daha da inkişaf etmək və ölkədə digər dövlətlərin təsirini azaltmaq istəyirsə, ilk növbədə sülh əldə olunmalıdır. Bununla yanaşı, Azərbaycan və Türkiyə ilə normal iqtisadi münasibətlər bərpa edilməlidir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 87 Tarix: 22 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304