Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulan əmək şəraitinin şərtləri, tərəflərin razılaşdırdıqları əlavə şərtlər, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Ümumi qaydaya əsasən, əmək müqaviləsinə dəyişikliklər tərəflərin razılığı ilə edilir və razılaşdırılmış dəyişikliklər müqavilədə əks etdirilir.
Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqaviləsinə dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu qayda elektron əmək müqavilələrinə dəyişikliklərin rəsmiləşdirilməsi prosedurunu müəyyən edir.
Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi və ya ona edilən dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən etibarən müqavilə bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Elektron əmək müqaviləsində, həmçinin dəyişikliyin qüvvəyə minmə tarixi və sənədə edilmiş dəyişikliklərin sayı barədə məlumat göstərilir.
Beləliklə, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. İşəgötürən işçinin razılığını tələb edən hallarda onun razılığı olmadan əmək müqaviləsinə özbaşına dəyişiklik edə bilməz. Bununla belə, konkret vəziyyətin hüquqi qiymətləndirilməsi zamanı Əmək Məcəlləsində nəzərdə tutulan istisnalar və əmək şəraitinin dəyişdirilməsi ilə bağlı xüsusi qaydalar da nəzərə alınmalıdır.

Rəşad Əliyev -Vəkillər Kollegiyasının üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 101   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 386
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 436
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 347
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 191
.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 483
.

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə

12:55 127
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 176
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 190
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

12:29 129
.