Salyanda yol qəzası olub, xəsarət alan var
Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Beştalı kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Ceyhun Alıkişi oğlu müxtəlif xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 689 Tarix: 24 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş