Azərbaycanlı müğənni sevdiyi xanımın ardınca HURQADAya getdi - EKSKLÜZİV

Azərbaycanlı müğənni sevdiyi xanımın ardınca HURQADAya getdi - EKSKLÜZİVSənət dünyasında özünəməxsus ifası, yardıcı yolu ilə seçilən müğənni Əli Dünya "Hardasan" adlı yeni mahnısını izləyicilərə təqdim edib. Söz və musiqisi Ülvi Əliyevə məxsus olan bəstənin klipi Misirin Hurqada şəhərində lentə alınıb. Ekran işindən məmnunluqla söhbət açan Əli Dünya, mahnının maraqlı tarixçəsi haqqında bunları dedi: "Mən bu mahnıya yarımçıq qalan sevgi şərqisi deyirəm. Ötən yay dostlarla birlikdə Misirin kurort şəhərlərindən olan Hurqadaya dincəlməyə getmişdik. İstirahətin ilk günlərində otelimizdə hər axşam səhnə alan türk qızı dj Ezellə dostlaşdıq. Musiqi zövqlərimizin üst-üstə düşməsi münasibətlərimizi daha da dərinləşdirdi. İndiki kimi yadımdadır, bəstəkar Ülvi Əliyev "Hardasan"ın demo versiyasını mənə dinləmək üçün göndərəndə Ezel də yanımda idi. Nəqarətə qədər qulaq asdıq və ikimiz də bir anda dedik ki, mahnı bizimdir. Bir həftəlik məzuniyyəti bitirib Bakıya qayıtdım. Ancaq heç bilməzdim ki, Ezelin mənə olan sevgisi elə Hurqada sahillərində qalacaq. Məndə olan nömrəsinə nə zəng çatdı, nə də Whatsapp' ı işlədi. Sosial şəbəkə hesablarını da tapa bilmədim".

Danışdıqca yaddaşında təzələnən sevgilisini xatırlayan müğənni, görün Ezeli tapmaq üçün hansı yola əl atıb: "Üç ay studiyada mahnının hazırlıqları tam bitəndən sonra ani bir qərar verdim. Söz verdim ki, Hurqadaya getməliyəm. Bəlkə də bu cümlələri oxuyanlara qəribə gələcək ki, adam sevgisi yolunda niyə bu qədər fədakarlıq etsin ki? Sirrimi açıb anamla bölüşdüm və onu mənimlə birgə Misirə getməyə razı saldım. Ötən il qaldığımız oteldə yer bron edib, Misirə uçdum. İnanırdım ki, Ezeli görüb, onu anamla tanış edəcəyəm. Təəssüflər olsun ki, bu istəyim arzu olaraq qaldı. Üstündən xeyli vaxt keçməsə də otel əməkdaşları Ezelin işdən ayrıldığını söyləyib, mənə ətraflı məlumat vermədilər. Çox danışıb, sizi yormaq istəmirəm. Mən "Hardasan"ı böyük sevgi ilə təqdim edirəm. Ümid edirəm ki, sevgisinə qovuşmayan insanlar bu mahnıda özlərini tapacaqlar. Kim bilir, bəlkə Ezelin özü belə bu klipdən sonra məni axtarıb tapacaq..."

Şahin CAVADSOY eksklüziv olaraq BiG.AZ üçün


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1398   Tarix: 14 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəsmi boşanma 10 il sonra gerçəkləşdi

Hollivud aktyoru Tobi Maquayr və prodüser Cennifer Meyer boşanmalarını rəsmən yekunlaşdırıblar. Axşam.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, cütlüyün boşanma prosesi ayrıldıqlarını elan etdikdən 10 il sonra başa çatıb. Maquayr və Meyer 2016-cı ildə ayrıldıqlarını açıqlayıblar

03.10.2026 250
.

İranlı rejissorun filmində baş rola çəkiləcək

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır

10.10.2026 241
.

Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOLAR

Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Paylaşımda onun qızları da yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik:

03.10.2026 953
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Onun dəyişini gözdən qaçmayıb. Həmin fotoları təqdim edirik:

00:06 94
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

04.10.2026 632
.

Bu da Ədalət Şükürovun HƏYAT YOLDAŞI - FOTOLAR

Əməkdar artist Ədalət Şükürov 1 yaşlı nəvəsi İsgəndərə ad günü keçirib. Axşam.az-ın məlumatına görə, məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər. Ədalət Şükürovun həyat yoldaşı ilə görüntüləri sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, ifaçının bir qız, bir oğlan övladı var

03.10.2026 1219
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27.09.2026 305
.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

03.10.2026 240
.

"Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi"

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu Xalq artisti Alim Qasımovla bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, musiqiçi bu barədə "Sevilən səhər" proqramında danışıb. O, oğlunun bir yaş mərasiminə Alim Qasımovu dəvət etdiyini, lakin sənətkarın məclisə gəlmədiyini bildirib:. "Oğlumun bi

10.10.2026 207
.