Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib.
BiG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur.
Belə ki, bir sıra rayonlarda əvvəl 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif edilir.
İsmayıllıdakı satıcıların sözlərinə görə, qiymət artımı əsasən son bir ay ərzində baş verib. Onlar bildirirlər ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna tələbat nəzərəçarpacaq dərəcədə artıb.
Oxşar vəziyyət Tovuz bazarında da müşahidə edilir. Burada kənd toyuqlarının qiyməti çəkisindən və ölçüsündən asılı olaraq dəyişir. Satıcıların sözlərinə görə, son bir ay ərzində qiymətlərdə əsasən 1-2 manatlıq artım qeydə alınıb. Bəzi hallarda isə əvvəl 5-6 manata satılan kiçik toyuqların qiyməti 12-13 manata yüksəlib.
Bütün bölgələrdə qiymət artımı eyni səviyyədə deyil. Şirvan bazarında kənd toyuqları digər rayonlarla müqayisədə daha münasib qiymətə təklif olunur. Satıcılar bunu məhsulu vasitəçilərdən deyil, birbaşa kənd sakinlərindən almaları ilə izah edirlər.
Paytaxt bazarlarında da kənd toyuğunun bahalaşdığı bildirilir. Burada qiymətlər quşun ölçüsünə və çəkisinə görə dəyişərək 8-12 manat və daha yuxarı məbləğə çata bilir. Alıcıların sözlərinə görə, əvvəllər 5-6 manata aldıqları məhsulu indi daha baha qiymətə əldə edirlər.
Bakıda qiymət artımı ilə yanaşı, bazara çıxarılan kənd toyuqlarının sayında da azalma müşahidə olunur. Satıcılar tələbatın yüksək, təklifin isə az olduğunu bildirirlər. Onların sözlərinə görə, əvvəllər bazara gündə təxminən 1 000 ədəd kənd toyuğu gətirilirdisə, hazırda bu rəqəm 400-ə qədər düşüb.
Qeyd edək ki, ötən həftə ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 122 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10.10.2026 166 Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
00:19 111 Bakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10.10.2026 160 1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
00:21 115 London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10.10.2026 179 Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
10.10.2026 223 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 183 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 182 İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10.10.2026 233