Bakıda oğul atasını öldürdü
Martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə BiG.AZ-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilmişdir.
Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGeri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ
"Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsin
08.01.2021 2782 Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib. Bu barədə -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbua
17.10.2020 5327 Ər 7 uşaq anası olan arvadını suda boğaraq öldürdü - VİDEO
Hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib. xəbər verir ki, Türkiyənin Şanlıurfa bölgəsində dəhşətli cinayət törədilib. Belə ki, 46 yaşlı Ahmet Tokay mübahisə etdiyi 7 uşaq anası Hediye Tokayın əllərini bağlayıb, içinə su doldurduğu plastik qabda boğaraq öldürüb. Arvadını öldürdükdən sonra Toka
31.08.2021 979 Hikmət Hacıyev ötən günün müharibə cinayətlərinin statistikasını AÇIQLADI
Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir. -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. O qeyd edib ki, 2
21.10.2020 1032 "Dedi ki, güllələ məni əsir düşməyim" - Video
"Düşmən Şuşanı geri almaq üçün ikinci dəfə əks-hücuma keçdi. Lakin biz heç vaxt aldığımız torpağı geri qaytarmayacaqdıq. Həmin vaxt yaralandım. Əsgərlərimiz dedi ki, sən çoxlu qan itirirsən, yaralısan, buradan çıxmalısan". Axşam.az xəbər verir ki, bu sözləri "Xəzər xəbərə" müsahib
04.12.2020 1995 "Human Right Watch" Ermənistanın Bərdəyə kaset bombaları atdığını təsdiqlədi
"Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır". "Report"a istinadən xəbər verir ki, bu barədə "Human Right Watch"ın hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbi
30.10.2020 1434 Bu tarixdə ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilər - AÇIQLAMA
Xəber verdiyimiz Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilib. Artıq son bir neçə gündə tətbiq edilən sərt karantin rejimi özünün müsbət nəticəsini verməkdədir. Yoluxanların sayı 400-dən 200-nə düşüb. Gələn həftədən artıq bayram günləri başlayır. Bayram günlərində yoluxmaları
24.12.2020 2301 Karantin rejiminin yumşaldılması ilə Bakıda kirayə mənzillərin qiyməti qalxacaq?
Azərbaycanda karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir sıra sahələrin fəaliyyətinə icazə verilməsi ölkə üzrə iqtisadi fəallığı artıracaq. İqtisadi fəallığın artmasının müxtəlif sahələrdə məhsul və xidmətlərin qiymətinə necə təsir edəcəyi müzakirə mövzusudur. BİG.AZ xəbər verir ki, əmla
31.01.2021 992 Vilayət Eyvazovdan daha bir TƏYİNAT
Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb. -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilib. Nazirin digər əmr
09.02.2021 1303