Yumurta bu səbəbdən kəskin ucuzlaşıb - AÇIQLAMA
"Ölkədə yumurta bolluğu var. Bolluq olduğuna görə tələbi təklif üstələyir. Bütün fabriklər öz istehsal etdiyi yumurtanı satmaq istəyir. Buna görə də qiymət aşağı düşüb".
Bunu Ölkə.az-a açqılamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli yumurtanın kəskin ucuzlaşmasından danışarkən deyib.
Onun fikrincə, yaxın bir həftə ərzində qiymət normallaşacaq:
"Hazırda yumurta bolluğu çoxdur. Məhsul bəzi marketlərdə bir qəpiyə təklif olunur. Bəzi marketlərdə isə hətta pulsuz verilir. Amma həmişə belə satıla bilməz. Çünki pulsuz olanda vergi və digər məsələlər rəsmiləşdirilə bilmir. Yəqin ki, yaxın günlərdə qiymət sabitləşəcək".
M.Həsənlinin sözlərinə görə, hazırda kənd yumurtasının qiyməti 25-30 qəpik civarındadır:
"Amma kənd yumurtası ümumi yumurta istehsalının çox kiçik bir faizini təşkil etdiyinə görə onunla bağlı rəy bildirmək bir az çətindir. Hazırda gündəlik kənd yumurtası istehsalı 300-320 min ədəd təşkil edir. Süfrə yumurtasının istehsalı isə təxminən 6 milyon ədədin üzərindədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1037 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 148 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 300 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 217 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 138 Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 146 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 218 Zelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 243 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 167 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 303