ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib.
Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb.
"Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçiləri və onların yerinə yetirdiyi tarixi missiyanı məqsədli şəkildə gözdən salan qərəzli fəaliyyət mahiyyət etibarilə antiamerikandır. Bu, iyrəncdir. Bu, dövlətə xəyanətdir", - nazir bildirib.
Pentaqon rəhbəri Amerika mediasının İranın dövlət informasiya vasitələri ilə müqayisədə belə qeyri-obyektiv göründüyünü iddia edib.
Heqset jurnalistləri Pentaqondakı mənbələrinə istinad edərək ABŞ hərbçilərinin hərəkət istiqamətləri və hərbi bazalar haqqında məlumat yaymaqda günahlandırıb. Onun sözlərinə görə, bu cür məlumatların açıqlanması hərbçilərin həyatını təhlükəyə atır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ prezidenti Donald Tramp ölkədəki media qurumlarını nəzarət altına almaq istəyir. Çünki ABŞ-də bəzi media vasitələri siyasi hakimiyyətlə hesablaşmır:
"Əlbəttə ki, bu hal digər ABŞ prezidentlərinə nisbətən daha avtoritar siyasi xəttin tərəfdarı olan Trampın xoşuna gəlmir və o, medianı nəzarətə almağa çalışır. Onun əvvəllər verdiyi açıqlamalar və atdığı addımlar da bunu aydın göstərir. İndi isə Tramp bu niyyətini hərbçilərin, yəni Pentaqonun vasitəsilə həyata keçirməyə cəhd edir. Müdafiə Nazirliyinin media qurumlarını hədəfə alması və onları dövlətə xəyanətdə ittiham etməsi barədəki fikirlər də məhz bu xəttin tərkib hissəsidir. Aydındır ki, Trampın məqsədi ordu ilə medianı qarşı-qarşıya qoymaq və medianı en zəif yerindən - dövlətə xəyanət ittihamı ilə vurmaqdır.
Bununla belə, məsələdə bir neçə müəmmalı məqam diqqəti cəlb edir. Əvvəla, Müdafiə naziri Pit Heqset konkret olaraq hansı media qurumundan söhbət getdiyini açıqlamayıb. Halbuki ABŞ-İran münaqişəsi dövründə ABŞ mediası bu hadisələri geniş işıqlandırıb və müxtəlif xəbərlər paylaşıb, lakin Pentaqon rəhbəri dövlətə xəyanət motivinin konkret hansı KİV-də yer aldığını bəyan etməyib".
Müsahibimizin fikrincə, hərbi əməliyyatların üzərindən xeyli vaxt keçəndən sonra Müdafiə Nazirliyinin belə bir açıqlama ilə çıxış etməsi tənqidçilər tərəfindən şübhə ilə qarşılanır:
"Tənqidçilər haqlı olaraq sual edirlər ki, əgər paylaşılan məlumatlarda dövlətə xəyanət motivləri var idisə, nədən bu məsələ müharibə gedən vaxtı deyil, məhz indi gündəmə gətirilir. Ən başlıcası assumes, media qurumlarının fəaliyyətində dövlətə xəyanət tərkibinin olub-olmamasını araşdırmaq Müdafiə Nazirliyinin fəaliyyət dairəsinə daxil deyil, bu işlə ABŞ-ın prokurorluq və hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bütün bunlar baş verən proseslərə fərqli bucaqdan baxmağın zəruri olduğunu göstərir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 106 Tarix: 01 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 148 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 300 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 217 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 138 Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 146 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 218 Zelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 243 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 167 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 303