Tarixi qələbələrin başlanğıc günü

Tarixi qələbələrin başlanğıc günü"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməsi ilə qoyulub. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan iyunun 15-i Vətənin parçalanması, vətəndaş müharibəsinin qarşısının alınması kimi bir missiyanın başlanğıcı idisə, oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının göstərdiyi siyasi iradə mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün hüquqi qurtuluş, inkişafa gedən yolun ilk pilləsi idi. Həmin gün xalq böyük səs çoxluğu ilə öz seçimini edərək Heydər Əliyevi prezident seçdi və taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu".

Bu sözləri BiG.AZ-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Cavid Fərhadov bildirib. O qeyd edib ki, məhz 1993-cü ilin oktyabrında Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin başlanğıcı qoyuldu:

"Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin sükanı arxasına keçən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə inanılmaz nəticələrə nail oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi. Təkcə bir tarixi fakta nəzər yetirmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsindən sonra bir neçə dövlət çevrilişi cəhdinin və Ermənistan silahlı qüvvələrinin xain hücumlarının qarşısı alındı. Çox qısa zamanda ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində ciddi irəliləyişlərə nail olundu. Ulu Öndər Ali Baş Komandan kimi Horadiz əməliyyatı ilə ordumuzun qürurunu bərpa etdi və 30 il sonrakı tarixi zəfərin təməlini qoydu. Bütün siyasi, hərbi və diplomatik gərginliklərə baxmayaraq, Ulu Öndər cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edərək dövlətimizin sosial-iqtisadi yüksəlişinə yol açan ciddi islahatlara start verdi. Dahi dövlət xadiminin heyrətamiz siyasi ustalıqla reallaşdırdığı "Əsrin müqaviləsi" Azərbaycanın diplomatik cəbhədə və iqtisadi sektorda yüksəlişinin əsası hesab edilə bilər. Ümummilli Liderin siyasi uzaqgörənliyinin təsdiqi olan bu sənəd gələcək illərdə həm dövlətin iqtisadi qüdrətinin, həm də beynəlxalq nüfuzunun bazasını yaratdı. Bütün bu proseslərlə, iqtisadi yüksəlişlə yanaşı, Ulu Öndərin yürütdüyü siyasətdə milli- mənəvi məsələlər də mühüm əhəmiyyət kəsb edirdi".

Müsahibimiz əlavə edib ki, Ümummilli Lider üçün müstəqil Azərbaycan dövlətinin təməl ideyasını azərbaycançılıq məfkurəsi təşkil edirdi:

"Əsası məhz dahi rəhbər tərəfindən qoyulan və 1993-cü il 3 oktyabr seçkilərindən sonra dövlət ideologiyasının əsas xətti kimi həyata keçirilən azərbaycançılığın əsasını hər birimizin öz milli mənsubiyyətinə görə qürur hissi keçirməsi təşkil edir. Bu amalın da əsasında heç şübhəsiz qüdrətli dövlət quruculuğu dayanır. Ümummilli Liderin 10 illik prezidentlik dönəmində qüdrətli dövlət üçün bütün hüquqi və siyasi təməllər yaradıldı, gələcək hədəflər müəyyələşdirildi. Bu təməllər üzərində güclü Azərbaycanın qurulmasını da məhz Ulu Öndərin xalqın istiqamətləndirdiyi yol müəyyənləşdirdi.
Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub, həm də Azərbaycan Respublikasının geopolitik liderliyi təsbit edilib".

Cavid Fərhadovun sözlərinə görə, bu gün xalqımız 33 il öncə qurtuluş yolu olaraq edilən seçimin - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır:

"Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi.
Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub. Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 33 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 157   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 285
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 107
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 45
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 221
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

11:07 127
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 151
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 0
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 0
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 118
.