Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMADoğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda isə bu üsul tibbi göstərişlərə əsasən həkim tərəfindən tövsiyə olunur. Bununla yanaşı, keysəriyyənin daha rahat və təhlükəsiz seçim olduğunu düşünənlər də az deyil. Bəs bu yanaşma nə dərəcədə doğrudur, təbii doğuş və keysəriyyə arasında seçim edilərkən hansı məqamlar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında ginekoloq Elnurə Salmanova ölkəmizdə qadınların keysəriyyə əməliyyatına üstünlük verməsi və qeysəriyyə ilə doğuşların artmasının əsas səbəblərindən danışıb:

"Birincisi, qadınlar təbii doğuşdan qorxurlar, bu barədə kifayət qədər məlumatlı deyillər və normal fiziologiyanı yaxşı bilmirlər. Ölkəmizdə qadın məsləhətxanaları fəaliyyət göstərsə də, hamilələri doğuşa hazırlayan dövlət tərəfindən təşkil olunmuş xüsusi hamiləlik məktəbləri yoxdur. Bu cür təhsil və maarifləndirmə mərkəzlərinin yaradılması vacibdir. Hamilə qadınlarda "normal doğuş etsəm, başıma pis bir iş gələcək" kimi əsassız qorxular mövcuddur".

Müsahibimiz əlavə edib ki, keysəriyyə əməliyyatının vaxt baxımından daha qısa sürməsi və tez başa çatması səbəbindən həkimlər də bəzən bu üsula üstünlük verirlər:

"Təbii doğuşun vaxtını dəqiq müəyyən etmək çətin olduğuna və bu hal həkimlərin istirahət günlərinə təsadüf edə bildiyinə görə, həkimlər təbii doğuş istəməyən qadınları buna həmişə təşviq etmirlər. 
Çox az hallarda isə keysəriyyə əməliyyatına tibbi əks-göstərişlər (məsələn, yandaş xəstəliklər, çanaq distrofiyası və ya ciftin öndə gəlməsi kimi problemlər) səbəb olur. Lakin ümumilikdə əsas səbəb qadınların təbii doğuşdan qorxması və bu barədə kifayət qədər maariflənməməsidir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 480   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ donanması 30 yerüstü dron sifariş etdi

ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie

10:45 157
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 302
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 251
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 189
.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

12:39 436
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

15:23 179
.