3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixinin ən ağır mərhələlərindən birində ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsindən gedirdi.

1993-cü ildə Azərbaycan ciddi siyasi böhran, daxili qarşıdurma təhlükəsi, iqtisadi və hərbi problemlərlə üz-üzə idi. Belə bir şəraitdə əsas məsələ hakimiyyət uğrunda mübarizədən daha çox dövlətin qorunub saxlanılması idi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik və ardıcıllıq mərhələsi başladı. Dövlət institutlarının möhkəmləndirilməsi, ordunun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində addımlar atıldı.

1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, iqtisadi islahatların həyata keçirilməsi, neft strategiyasının formalaşdırılması və Azərbaycanın dünya ilə daha geniş inteqrasiyası həmin dövlətçilik xəttinin mühüm nəticələri idi.

Burada mühüm məqam ondan ibarətdir ki, Heydər Əliyev yalnız həmin dövrün problemlərinin həlli ilə kifayətlənmirdi. O, Azərbaycanın gələcək inkişafının siyasi, iqtisadi və institusional əsaslarını formalaşdırırdı".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsiEkspert qeyd edib ki, məhz bu baxımdan 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi də əvvəlki illərdə formalaşdırılmış siyasi kursun davamlılığı kontekstində qiymətləndirilə bilər.

"Başqa sözlə, 1993-cü ildə dövlətin sabitliyi və müstəqilliyinin qorunması üçün atılan addımlar sonrakı mərhələdə Azərbaycanın inkişaf strategiyasına çevrildi. 2003-cü ildən etibarən isə bu xətt yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi.

Bu gün 3 oktyabrı xatırlayarkən əsas məsələ tarixə yalnız nostalji ilə baxmaq deyil. Əsas məsələ həmin dövrdə qəbul edilmiş siyasi qərarların Azərbaycan dövlətçiliyinin sonrakı inkişafına təsirini düzgün dərk etməkdir.

Çünki dövlətçilik tarixində elə tarixlər var ki, onlar sadəcə təqvimdə qalmır. 3 oktyabr 1993-cü il də Azərbaycanın müasir dövlətçilik tarixində belə dönüş nöqtələrindən biridir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 117   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 148
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30.09.2026 300
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 217
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 138
.

Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti

"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla

11:43 146
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 218
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 243
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 167
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 303
.