"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərək layihənin əsas məqsədinin qadınların sağlam, fəal və mənalı həyatına dəstək göstərmək, onların həyat keyfiyyətinin yüksəldilməsinə və uzunömürlülük mədəniyyətinin təşviqinə töhfə vermək olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial rifahının və sağlamlığının qorunmasının əhəmiyyətindən danışıb. O, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın bu istiqamətdə həyata keçirəcəyi fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva yeni layihənin qadınların sosial və mənəvi rifahına töhfə verəcəyini qeyd edərək rezidensiyanın fəaliyyətinə uğurlar arzulayıb.
"Modern Ailə və İnkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva isə ailə, qadın və sosial inkişaf sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən söz açıb.
Tədbirdə Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın anası Tehran Nağıyeva da çıxış edib. O, qızının xatirəsinə göstərilən diqqətə və onun adının belə bir məkanda yaşadılmasına görə təşəkkürünü bildirib, Qənirə Paşayevanın həyatından, insanlara bağlılığından və ictimai fəaliyyətindən danışıb.
Qənirə Paşayevanın digər ailə üzvləri də onun xatirəsinin yaşadılması istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Xalq rəssamı Arif Hüseynov tədbir çərçivəsində təqdim olunan "Yazılmayan şeirlər" sərgisi barədə məlumat verib, əsərlərinin bu əlamətdar gündə nümayiş etdirilməsindən məmnunluğunu ifadə edib.
Açılış mərasiminin əsas məqamlarından biri Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş Xatirə Otağının təqdimatı olub.
Xatirə Otağında Qənirə Paşayevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, onunla bağlı müxtəlif xatirə materialları nümayiş olunur. Məkanın yaradılmasında məqsəd Qənirə Paşayevanın xatirəsini yaşatmaq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaqdır.
Digər çıxışçılar da Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətindən, insanlara və milli-mənəvi dəyərlərə bağlılığından, eləcə də xatirəsinin yaşadılmasının əhəmiyyətindən danışıblar.
Açılış mərasimindən sonra qonaqlar "Loqos Qadın Uzunömürlülük Rezidensiyası" ilə tanış olub, Qənirə Paşayevanın Xatirə Otağına və Xalq rəssamı Arif Hüseynovun "Yazılmayan şeirlər" sərgisinə baxış keçiriblər.


















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 102 Tarix: 01 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 244 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 164 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 179 50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
30.09.2026 283 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 127 Azərbaycan tarixinin yeni mərhələsi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
08:46 162 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 107 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 285