Vaksin vurduranlara hansı güzəştlər olunacaq? - AÇIQLAMA

Vaksin vurduranlara hansı güzəştlər olunacaq? - AÇIQLAMAMəlumdur ki, son bir neçə həftə ərzində Azərbaycanda koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Səhiyyə rəsmiləri dəfələrlə yoluxmanın bu templə davam edəcəyi təqdirdə, yenidən sərt karantin rejiminə keçidin qaçılmaz olduğunu açıqlayıblar. Pandemiyanın ümumi sönməsi isə hələ ki, yalnız kütləvi vaksinasiya ilə mümkündür. Amma hələ də bir çox insan COVID-19 əleyhinə peyvəndə etinasız yanaşır, prosesdə lazımi qədər aktiv iştirak etmirlər.
Dünyanın bir çox ölkələrində kütləvi vaksinasiya proqramlarının davam etməsi fonunda vaksin pasportu və onun müxtəlif ölkələrin vətəndaşlarına qazandıracağı imtiyazlar müzakirə mövzusuna çevrilib. Artıq bəzi ölkələr səyahət edən şəxslər üçün vaksin pasportu tələbini tətbiq etməyə başlayıblar. Bununla yanaşı bir sıra ölkələrdə bu tələb ictimai yerlərə ziyarət edənlərə də tətbiq olunur.

Bəs Azərbaycanda necə, prosesi stimullaşdırmaq üçün bu təcrübədən istifadə edərək vaksinasiyadan keçənlərə imtiyazlar tətbiq oluna bilərmi?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, ölkəmizdə də bu tendensiyadan istifadə müsbət nəticə verə bilər: "Bütün dünyada olduğu kimi dövlətimiz də zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanların pandemiya prosesində olan administrativ məhdudiyyətlərdən daha rahat yan keçməsində simulyasiya edəcək.

Məsələn, Azərbaycanda "ASAN" Xidmət növlərindən rahat yararlanmaları istiqamətində, digər vaksinasiya olunmamış insanlara nəzərən səyahətdə daha rahatlığın tanınması istiqamətində imtiyazlar tətbiq oluna bilər. Və ya SMS-icazə tətbiq olunduqda həmin insanlara şamil olunmaması, bölgələrə hərəkətin rahatlaşdırılması kimi müəyyən addımlar atıla bilər.
Çünki dünya təcrübəsinə baxsaq, peyvənd pasportunun verilməsi, beynəlxalq səyahət agentliklərində bu insanların daha rahat səyahət imkanlarının tanınması istiqamətində müəyyən addımların atıldığını müşahidə edərik".

Millət vəkili bildirib ki, vaksinasiya prosesində iştirak təkcə könüllülük prosesi kimi yox, vətəndaşlıq borcu kimi dəyərləndirilməlidir: "Hər kəs bilməlidir ki, peyvənd olunmaqla həm öz sağlamlığını qoruyur, həm də insanları riskdən, təhlükədən sığorta etmiş olur".
Qeyd edək ki, bir neçə ay əvvəl İspaniyanın səhiyyə naziri Salvador İlya ölkədə vaksin olunmayan şəxslərin qeydiyyata alınacağını və bu məlumat bazasının Avropa boyunca paylaşıla biləcəyini elan etmişdi. Artıq Avropa Birliyi vətəndaşların ölkələr arasında daha asan səyahətə imkan yaratmaq üçün peyvənd pasportunu hazırlayır. İsrail peyvənd olunan sakinlərin geniş ictimaiyyət üçün açıq olmayan bəzi yerlərə - idman zalları və hotellərə daxil olmasına imkan verən "yaşıl keçid" konsepsiyanı tətbiq edən ilk ölkə olub. Çin insanların hotellərə girişdə və ya metrodan istifadə edərkən simptomsuz olub-olmadığını göstərən sağlamlıq kodu tətbiqetməsini işə salıb. Bəzi ölkələrdə, o cümlədən, Çilidə isə koronavirusdan sağalan şəxslərə xüsusi sertifikatlar verilir.(qaynarinfo.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1349   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 432
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 155
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1363