ABŞ-da növbəti atışma, ölənlər var

ABŞ-da növbəti atışma, ölənlər varABŞ-ın Viskonsin ştatında yerləşən barların birində baş verən atışmada üç nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Bu barədə "Report" "CNN" telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Kenoşa şəhərindəki "The Somers House" barından qovulan şəxs geri qayıdaraq oradakı insanlara atəş açıb.

Onun hansı səbəbdən bardan çıxarıldığı və ortaqlarının olub-olmadığı hələ məlum deyil.

Hazırda hüquq mühafizə orqanlarının yüzə yaxın əməkdaşı cinayətkarı axtarırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 385   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş