Tehran Mənsimovun xidmət yeri dəyişdirildi
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yeri dəyişdirilib.
Modern.az saytının əldə etdiyi məlumata görə, bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib. Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.
24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib.
Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət yolu keçib.
4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.
Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.
Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.
Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib. Eyni zamanda o, "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.
Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Tehran Mənsimova "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları verilib.
Tehran Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində yaradılıb. Həmin tarixdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Ləğv edilən qurumun əsasında isə aşağıdakı 3 dövlət orqanı yaradılıb:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2266 Tarix: 25 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dəstəyi ilə Əfqanıstanda qadınlar üçün tədris mərkəzi açılıb
Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə "Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi"nin açılışı baş tutub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, məşğulluğu
21.07.2025 160 Yuxulu sürücü qəzaya səbəb oldu - Xəsarət alan var
Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, 10-SK-992 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib. İlkin məlumata görə, sürücünün yuxulu olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir. Hadisə nəticəsində bir nəfərin xəsarə
21.07.2025 255 Kreml: Ümid edirik ki, Rusiya-Azərbaycan münasibətlərindəki çətin dövr geridə qalacaq
Rusiya və Azərbaycan arasında münasibətlər çətin dövrünü yaşayır, lakin Moskva bunun başa çatacağına ümid edir. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Münasibətlərin həqiqətən də möhkəm təməli var
21.07.2025 294 Sumqayıtda ağır avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ
Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sumqayıtda baş verən qəza səbəbi ilə iyulun 21-i, saat 18:20-də Sumqayı
11:29 310 Azərbaycana turist axını 1 % azalıb
Bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 25,8 %-i Rusiya, 17,6 %-i Türkiyə, 9,4 %-i Hindistan
21.07.2025 143 Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib. "Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədil
21.07.2025 314 Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizir cəzalandırıldı
Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər həmin vaxt gün növbətçisi imiş. -a istinadla xəbər verir ki, hadisə Qusarda yerləşən hərbi hissələrdən birində baş verib. Hadisə baş verən gün gizir əsgər yataqxanasına daxil olub, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutula
21.07.2025 267 ABF-nin baş katibi: "Ümid edirik ki, 3x3 basketbol millimiz Avropa Kubokunda yaxşı nəticə göstərəcək"
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisindən Avropa Kubokunda yaxşı nəticələr gözlənilir. Bunu "Report"a Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov deyib. Qurum rəsmisi komandanın güclü olduğunu söyləyib:. "Bildiyiniz kimi, Dünya Seriyasında Fransa və Ukrayna komandalar
21.07.2025 204 Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 33-37 isti olacaq. Atmosfer təzyiq
12:43 139