Bir evdə iki "ingilis": Azərbaycanlı bacı-qardaş Nyu-Cersidən dörd qızıl medal gətirdi

Bir evdə iki "ingilis": Azərbaycanlı bacı-qardaş Nyu-Cersidən dörd qızıl medal gətirdiABŞ-nin Nyu-Cersi şəhərində keçirilən "Teeneagle" beynəlxalq ingilis dili olimpiadasında Azərbaycandan bir ailənin iki övladı qalib olub.

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin 9a sinif şagirdi Turan Musayev iki qızıl medal və bir kubok, 6c sinif şagirdi Zəhra Musazadə isə iki qızıl medal, üç kubok ilə Azərbaycana qayıdıblar.

Qeyd edək ki, artıq beşinci ildir ki, təşkil olunan bu olimpiadada 34 ölkədən şagirdlər iştirak ediblər. Burada qalib olan xarici universitetlərə qəbul alarsa, təhsil haqqında 10 faizdən 70 faizə qədər güzəşt əldə edir.

Oxu.Az yarışda qalib olan Turan Musayev və Zəhra Musazadə ilə həmsöhbət olub.

Gələcəkdə xaricdə təhsil almaq istəyən Turan Musayev Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaq istədiyini qeyd edib.

Ən sevdiyi məşğuliyyətin futbol olduğunu deyən Turan bildirib ki, məqsədə çatmaq üçün hədəfə gedən yolda insan əlindən gələni etməlidir:

"Hansısa çətinliklə qarşılaşanda ruhdan düşmək olmaz, bu yolda çətinliklərə baxmayaraq, məqsədləri daim xatırlamaq lazımdır".

Turan doqquzuncu sinfi qırmızı attestatla başa vurub, daha öncə FISO olimpiadasında bürünc medal qazanıb.

O, dil öyrənməyin başlanğıcda çətin olduğunu söyləyib:
Bir evdə iki "ingilis": Azərbaycanlı bacı-qardaş Nyu-Cersidən dörd qızıl medal gətirdi"Əvvəl çətinlik çəkirsən, çünki eşitdiklərini anlamırsan. Lakin söz ehtiyatın artıqda işin daha da rahat olur. Mən eşitdiklərimi təkrarlamağı çox sevirəm, bu mənim ingilis dili səviyyəmi yüksəltməmə kömək olub. Bu yolla həm yeni sözlər öyrənirsən, həm də cümlələrin necə qurulduğunu mənimsəyirsən".

Olimpiadadakı uğuru haqqında məlumat verən Turan qeyd edib ki, burada dörd kateqoriya üzrə biliklər yoxlanır:

"Kateqoriyalara "Spelling bee" (hərflərin tələffüzü), "Writing" (yazı), "Debate Speaking" (müzakirə), "Knowledge quiz" (bilik yarışı) aiddir.

Yazı və müzakirə, mənə görə, ən çətin kateqoriyalardır. Çünki sənin danışıq bacarıqlarını yüzlərlə şagirdin danışıq bacarığı ilə müqayisə edirlər.

Yazı yarışında yaşına uyğun olaraq 150-200 söz yazmalısan. Bu mərhələdə artıq, yaxud əskik söz yazdıqda "0" bal ilə qiymətləndirilir. Bundan başqa, hamı səninlə yarışır və sən əlindən gələnin ən yaxşısını etməlisən ki, qızıl medal alasan. Burada bir qızıl medal qazandım. Mənim həm də bilik yarışında dünya ikinciliyim də oldu ki, bununla da iki qızıl medalla mükafatlandırıldım".

Turan bu yolda ən böyük dəstəkçilərinin valideynləri olduğunu qeyd edib:

"Mənim ən çətin anlarımda onlar mənə dəstək olub, motivasiya veriblər".

Gələcəkdə cərrah olmaq istəyən Zəhra Musazadə Oxu.Az-a açıqlamasında ən böyük hədəfinin insanlara kömək etmək olduğunu bildirib.

O, əsas məşğuliyyətlərindən birinin kitab oxumaq olduğunu söyləyib:

"Kitab oxumağı sevirəm, çünki onun vasitəsilə söz ehtiyatımın artdığının fərqindəyəm".
Bir evdə iki "ingilis": Azərbaycanlı bacı-qardaş Nyu-Cersidən dörd qızıl medal gətirdiZ.Musazadənin sözlərinə görə, yarışdakı dörd kateqoriyadan ona çətin gələni yazı olub:

"Bu kateqoriyada yaşıma uyğun olaraq, 120-140 söz yazmalı idim. "0" bal almamaq üçün şərtə dəqiq əməl etdim. Eyni zamanda, dünyanın hər yerindən yarışda iştirak edənlər var idi. O şagirdlərlə ünsiyyətdə olmaq, yarışmaq da olimpiadanın çətin tərəflərindəndir. Qazandığım iki qızıl medaldan birini müzakirə və yazıdan, digərini isə hərflərin tələffüzü və bilik yarışı kateqoriyalarındakı orta balın hesabına əldə etmişəm. Bundan başqa, hərflərin tələffüzü kateqoriyasında dünya üzrə birinci, müzakirə kateqoriyasında isə dünya üzrə ikinci olmuşam".

Zəhra dil öyrənmək istəyən yaşıdları üçün öz tövsiyələrini bölüşüb:

"Fərqli dil öyrənmək başlanğıcda çətin olsa da, vaxt keçdikcə bunun öhdəsindən gəlmək mümkün olur. Əsas məsələ - qarşına hədəf qoymaqdır. Bu hədəfə çatmaq üçün maneələri aşmalı və öhdəsindən gəlməlisən".

Z.Musayeva nailiyyət qazanmasında Mahizər adlı müəlliminin və valideynlərinin çox böyük köməyi olduğunu, ona həmişə motivasiya verdiklərini söyləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3747   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 218
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 364
.

Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti

"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva

13:57 214
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 226
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

09.10.2026 353
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

17:44 159
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10:00 192
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 359
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

19:00 108
.