Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildiribABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, o, 8 müharibəni həll edib və daha ikisini başa çatdırmağa və ya nizama salmağa yaxındır. O, həmçinin son 28 nəfər də daxil olmaqla, İsraildəki bütün girovların - həm sağ qalanların, həm də həlak olanların - geri qaytarılmasını, eləcə də dünyanın müxtəlif ölkələrindən yüzlərlə girovun azad edilərək evlərinə qayıtmasını təmin etdiyini bildirib.

Bundan əlavə, ABŞ Prezidenti Venesueladakı müharibədə qələbə qazandıqlarını və ölkəni idarə edən "qəddar diktatoru" saxladıqlarını bəyan edib. Tramp həmçinin, İranın nüvə silahı əldə etməsinə imkan vermədiyini vurğulayıb.

"Və daha başqa nələr! Və yenə də, bütün bunlara baxmayaraq, nə mən, nə də ABŞ Nobel Sülh Mükafatını almadı. Əla!" - o yazıb.

Ötən gün Tramp mükafatın ona verilməməsi qərarını artıq tənqid etmiş və bunu Norveçin nüfuzunda "silinməz ləkə" adlandırmışdı. O, həmçinin bildirib ki, Nobel Sülh Mükafatı bu qərarı qəbul edən insanlar tərəfindən gözdən salınıb.

Xatırladaq ki, oktyabrın 9-da 2026-cı il üzrə Nobel Sülh Mükafatı əvvəllər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və BCM-in Apellyasiya Palatasının hakimi vəzifələrində çalışmış cənubi afrikalı hüquq müdafiəçisi Navi Pillaya verilib.

Cəmi bir neçə saat sonra ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 10 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb

2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat

16:30 145
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

17:00 266
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

20:15 0
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 218
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

19:00 108
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 280
.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki

12:07 251
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

17:50 126
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

16:00 152
.