Sumqayıtı bürüyən PİS QOXU ilə bağlı RƏSMİ AÇIQLAMALAR

Sumqayıtı bürüyən PİS QOXU ilə bağlı RƏSMİ AÇIQLAMALARSumqayıtda məişət tullantılarının yandırılması nəticəsində şəhəri bürüyən üfunət qoxusu sosial şəbəkədə sakinlər tərəfindən narazılıqla qarşılanıb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, "İstehsalat və məişət tullantıları haqqında" Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar:

"Nazirlik yalnız nəzarət funksiyasını yerinə yetirir. Aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə tərəfimizdən müraciətlər olunub.
Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib".

H.Əlizadə qeyd edib ki, 2021-ci ilin 7 ayı ərzində isə "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub:

"Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var".

Bu barədə Lent.az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür:

"Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2335   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 351
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

26.04.2024 175
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 348
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 647
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 620