Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçiləri işdən çıxarıldı
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik edilib.
BiG.AZ xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun "Report"a bildirdiyinə görə, səbəb kimi yığmanın Tokio-2020 Yay Olimpiya Oyunlarında zəif çıxışı göstərilib.
Ukraynalı baş məşqçi Ruslan Maşurenko, aralarında Elxan Məmmədov, Nazim Hüseynov və Mehman Əzizov da olmaqla, bütün köməkçiləri komandadan göndərilib. Milli komanda müvəqqəti olaraq üçqat Avropa çempionu Elçin İsmayılova həvalə olunub. İsmayılov həm də gənclərdən ibarət yığmanın baş məşqçisidir.
Qeyd edək ki, cüdo üzrə kişilərdən ibarət yığma Tokio-2020-də tam heyətlə təmsil olunsa da, heç bir medal qazana bilməyib. Yalnız qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalla kifayətlənib.
Kişilərdən ibarət yığmanın məşqçilər heyətinin istefaya göndərildiyi barədə ilk xəbəri oxu.az yazıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1171 Tarix: 02 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde
28.08.2021 736 Azərbaycan millisinin heyətində dəyişiklik baş verib
2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto
05.09.2021 898 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"
"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib
04.09.2021 1126 UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO
UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub
06.09.2021 593 Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub
İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu
29.08.2021 1121 Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO
"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib
27.08.2021 1093