Rafael Ağayev: "Luici Busa bundan sonra tatamidə düşmənimdir"
"Bu ilə 2-3 yarışda iştirak etmişdim. Tokio olimpiadası 1,5 aydan sonra ilk yarışım idi".
Bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
75 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan 5 qat dünya və 11 qat Avropa çempionu yarışdakı çıxışını dəyərləndirib: "Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Bu yarışı çox yaxşı hiss etdim. İkinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Qismət Allahdandır. Bu günümüzə şükürlər olsun. Bundan da pis ola bilərdi, vətənə medalsız da qayıda bilərdik. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir".
Karatenin ilk dəfə olimpiya oyunlarının proqramına salınmasına toxunan Ağayev bu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada olub-olmayacağının bilinmədiyini söyləyib: "Karate yarışlarından sonra iclas olub. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinos bu idman növünün Parisdəki yarışın proqramında yer alması üçün daha böyük addımlar atır. Alınsa, orada da çıxış edəcəyəm".
Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı olimpiadanın finalında uduzduğu italiya Luici Busadan revanş almaq barədə düşünmədiyini vurğulayıb: "Təqribən 3 aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki. orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Busadan revanş almaq barədə düşünmürəm. Çünki 11 dəfə mən qalib gəılmişəm, bir dəfə italiyalı idmançı. Sadəcə, Busa indiyədək tatamidə rəqibim idisə. bundan sonra düşmənimdir"./Report
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1208 Tarix: 09 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Emin Əmrullayev: "Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı"
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxs
05.07.2025 349 Fransalı hücumçu "İnter"ə keçib
Fransalı futbolçu Anj-Yoan Bonni İtaliyanın "İnter" klubuna keçib. "Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu üçün "Parma"ya 23 milyon avro ödənilib. Forvadla 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb
05.07.2025 373 "Formula-1" üzrə builki Azərbaycan Qran-prisinin hazırlıq prosesi başa çatmaq üzrədir
2025-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. xəbər verir ki, tikinti işlərində 2 162 nəfər quraşdırma və demontaj mərhələlərinə cəlb olunur. Yarış həftəsi zamanı bu prosesə əlavə olaraq 1 500 təşkilatçı əməkdaş, 2 00 könüllü və
18.07.2025 282 Antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb
DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb. "Report" B Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddət
12.07.2025 334 Stefano Pioli yenidən "Fiorentina"da
İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib. Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub. 59 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. Qeyd edək ki, S.Pioli 2017-2019-cu illərdə də "Fiorentina"y
13.07.2025 265 "Milan" iki futbolçusu ilə yolları ayıracaq
İtaliyanın "Milan" klubu Joau Feliks və Rikkardo Sottillə yolları ayıracaq. "Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçunun icarə müddəti başa çatıb. Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan J.Feliks b
29.06.2025 438 Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
Boks üzrə keçmiş çempion Mayk Tayson bütün zamanların ən böyük idmançılarının adını çəkib. xarici KİV-ə istinadla bildirir ki, amerikalı Şakil O'Nil ilə birlikdə "The Big Podcast"da şouda iştirak edib və burada bütün zamanların ən böyük basketbolçusu və boksçusunun adlarını söyləyib. "Ə
20.07.2025 460 Qadın güləşçimiz karyerasını başa vurdu
Azərbaycanın qadın güləşçisi Elis Manolova 29 yaşında karyerasını başa vurub. Bu barədə BİG.AZ-a Güləş Federasiyasından (AGF) məlumat verilib. Təcrübəli güləşçi bu qərarının səbəbi kimi zədələri göstərib:. "Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə
28.06.2025 496 Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan güləşçi 44 yaşında vəfat edib
Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan Hitomi Obara 44 yaşında vəfat edib. "Report" xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb. Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb. Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərəni
19.07.2025 249