İlkin Süleymanov Ali Məhkəməyə müraciət edib
Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.
Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.
Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.
Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.
Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.
İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 157 Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbayca
14:21 178 Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala
11:06 281 4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
17:00 242 İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb. "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib. Səyyahın sözlərin
16:40 124 Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
09.10.2026 350 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat
16:30 133 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:
11:50 182 Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
17:44 114