"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım".
Bunu Moderator.az-a anadangəlmə qeyri-adi istedada malik, "rezin qız" adlandırılan gimnast Günay Nuriyeva bildirib. O daha sonra əlavə edib.
"Atam anamdan məni uşaq evinə verməsini istəyib, deyib ki, mənə raxit övlad lazım deyil. Anam isə məni uşaq evinə atmayaraq, atamdan ayrılıb. 9 yaşına qədər bədənim axırdı, ayaqüstündə qala bilmirdim, nə belim, nə də ayaqlarım yerdə qala bilmirdi. Sonra bir qohumum məni görüb və anama deyib ki, bu bir vergidir, Günayı gimnastikaya yazdır. Anam 19 yaşında məni gimnastikaya qoyur və müəlliməm Sevil qısa müddətdən sonra mənə yeriməyi və danışmağı öyrədir. Sevil müəllimə mənə anadan artıq oldu, mənə yenidən həyat verdi. Həkimlərin belə düzəlməyəcək dediyi problemimi Sevil müəlliməm düzəltdi. Bir ay idi ki, gimnastikaya başlamışdım, 1-ci yeri qazandım. Bu yarışa görə ayağımda, əlimdə travma yarandı. Bu hadisədən sonra mən gimnastikanı atdım, hər şeydən küsmüşdüm, qorxurdum ki, belim, sümüyüm bağlanar, amma əksinə daha da rezin olduğunu gördüm. Bu zaman başa düşdüm ki, mən gimnastikaya deyil, sirkə aidəm, gimnastlardan daha üstünəm. O illərdən Bakı Dövlət Sirkində işə düzəldim və indi də orada çalışıram. İndi sirkdə kauçuk sümüksüz qız olaraq çıxış edirəm. Sadəcə olaraq sümüyümün nazını oynatmaq bir az vaxt aparır, o da ona görə ki, sümük yerini dəyişir, öz-özünə hərəkət edərkən sümüyü yerinə öz əlimlə salıram. Sirkdən əlavə müəllimimə kömək edib, uşaqlara dərs keçirəm. Çox istərdim ki, xarici ölkəyə gedərək orada yarışım, mən bunu ürəkdən istəyirəm, çünki mənim rəqibim ölkəmizdə deyil, ordadır" - deyə elastik Günay Nuriyeva deyib.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5476 Tarix: 12 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNoyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Noyabr ayı meyvə ağaclarının kütləvi şəkildə qış yuxusuna hazırlaşdığı və gələcək ilin məhsuldarlığını müəyyən edən ən kritik dövrdür. Təcrübəli bağbanların və kənd təsərrüfatı mütəxəssislərinin tövsiyə etdiyi sadə bir üsul yazda ağacların güclənməsinə və yayda budaqların meyvədən əyilməsinə şərait yaradır
25.10.2026 515 Azərbaycanda kombilər dəyişdiriləcək?
Azərbaycanda qazla işləyən kombi sistemlərinin gələcəkdə mərhələli şəkildə elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin edilməlidir. Bu məqsəd "Azərbaycanın Uzunmüddətl
24.10.2026 456 Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!
Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"
30.10.2026 411 Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Dəsmallar nə qədər yuyulsa da, üzərindəki narahatverici nəm və rütubət qoxusu getmirsə, problem yalnız yuyucu tozda olmayacağını unutmayın. Qoxunu yumşaldıcılar ilə ört-basdır etmək hər zaman işə yaramır. Dəsmallar niyə yuyulduqdan sonra da qoxuyur?. Dəsmalların uzun müddət nəm qalması, kifayət qədə
24.10.2026 484 Kosmosda müəmmalı nəhəng - Alimlər heyrətamiz kəşfə imza atdılar!
Günəş sisteminin ən uzaq bölgələrindən birində indiyədək məlum olmayan yeni cırtdan planet namizədi aşkar edilib. BİG.AZ xəbər verir ki, Çilidə yerləşən Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda diametri 1500 kilometrə çata bilən nəhəng buzlu kosmik obyekt müəyyən ediblər. "Reuters"i
30.10.2026 418 Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Kartof qızartmasını ət, pomidor və ya çörəklə yeməyin təhlükəli olduğu barədə müxtəlif iddialar yayılır. Lakin bu birləşmələri hamı üçün zərərli saymaq düzgün deyil. Diqqət yetirilməli məqamlardan biri kartofun nə dərəcədə qızardılmasıdır. xarici mediaya istinadla xəbər verir ki, kartofun tərkibindək
25.10.2026 631 Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Heyva kəsildikdən qısa müddət sonra rəngini dəyişərək qəhvəyiyə çevrilir. Mətbəxdə tez-tez rast gəlinən bu təbii proses havanın meyvə ilə təması nəticəsində başlayır və bir neçə sadə üsulla bunun qarşısını almaq mümkündür. xəbər verir ki, heyva kəsildikdə hüceyrələri zədələnir və tərkibindəki fermentlə
25.10.2026 669 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. BİG.AZ -a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub
24.10.2026 572 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
14:50 185