"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar.
"Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar.
Xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. "Şamaxı" isə 13 xalla yeddincidir.
Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.
10:00
Misli Premyer Liqasının 10-cu turunda bu gün daha 2 matç keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.
"Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
15:00. "Şamaxı" - "Neftçi"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu.
17:30. "Kəpəz" - "İmişli"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu.
Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 127 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev mükafatlandırma mərasimində - Video
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident
30.10.2026 341 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 459 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 445 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 570 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 203 Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12.10.2026 676 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 758 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 472 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 867