Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyib eyni dərmanı günlərlə, hətta aylarla qəbul edənlər də az deyil.
Bəs həkim məsləhəti olmadan dərman qəbul etmək hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həkim məsləhəti olmadan dərman qəbul etmək çox təhlükəlidir. Onun sözlərinə görə, dərman seçərkən hər kəsin sağlamlıq vəziyyəti nəzərə alınmalıdır:
"Birmənalı şəkildə bilmək lazımdır ki, xəstələrin özbaşına dərman qəbul etməsi qətiyyən məqbul sayılmır və düzgün deyil. Dərman təyin etmək hüququ yalnız həkimə məxsusdur. Həkim bu sahənin mütəxəssisidir və dərman təyinatını da o həyata keçirməlidir. Özbaşına heç kimin, aptekin və ya başqa şəxslərin dərman təyin etməsi, əslində, qanun pozuntusu sayılmalıdır. İnsanların özbaşına dərman alması öz həyatlarını riskə atması deməkdir. Çünki hər dərman preparatı konkret bir və ya bir neçə xəstəliyə aid olsa da, dərman təyin edilərkən xəstənin orqanizmində gedən yanaşı proseslər və fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır".
Professor soyuqdəymə zamanı sağlam qidalanmağı, təmiz havada gəzməyi, həkim məsləhəti olmadan antibiotik və digər dərmanları qəbul etməməyi tövsiyə edib:
"Soyuqdəymə hallarında və virus infeksiyaları zamanı daha çox immun sisteminin möhkəmləndirilməsinə diqqət etmək lazımdır. İmmun sistemi nə qədər sağlam olarsa, orqanizm xəstəliklərlə bir o qədər yaxşı mübarizə aparar. Bunun üçün vitaminlərlə zəngin qidalar qəbul etmək, meyvə və tərəvəz yemək, fiziki fəallığı artırmaq, təmiz havada gəzmək çox vacibdir. İmmun sistemi sağlam olduğu halda, əlbəttə, xəstəliklərlə mübarizə də asanlaşır.
Özbaşına antibiotiklər qəbul etmək, müxtəlif dərmanlardan istifadə etmək və kiminsə tövsiyəsi ilə bu addımları atmaq qətiyyən məqsədəuyğun deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
15:20 162 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 186 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
17:19 223 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
12:10 183 Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
10:30 188 Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
13:10 205 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
17:00 125 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
14:20 178 Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
00:25 388