Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib.
Oxu.Az xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub.
Prezident cavabında "Bu, yaxşı ideyadır. Məncə, bu barədə düşünməliyəm", - deyə bildirib. O, həmçinin zarafatla Consonun özünün də bu vəzifəyə uyğun gələ biləcəyini qeyd edib.
Jurnalist Trampla olan müsahibəsindən kəsilmiş bu hissəni özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Bu mövzuya olan maraq Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunqun prezidentin "Air Force One" təyyarəsində Minajla video çəkərkən onun namizədliyini ironiya ilə irəli sürməsindən sonra daha da artıb.
Trampın seçkiqabağı mitinqə hazırlaşdığı Miçiqana uçuş zamanı Çunq repçiyə prezidentin maliyyə çətinliklərinin öhdəsindən gəlmək bacarığı barədə sual ünvanlayıb. Minaj Trampın təcrübəsini yüksək qiymətləndirərək, "O, özündən iki dəfə gənc olan insanlardan daha çox işləyir", - deyə vurğulayıb.
Minajın ehtimal olunan təyinatı ilə bağlı xəbər Çunqun müsahibə videosunu sosial şəbəkələrdə "Xanımlar və cənablar, deyəsən, Ağ Evin yeni mətbuat katibini tapmışıq!" şərhi ilə paylaşmasından sonra internetdə geniş yayılıb. Müğənni də öz növbəsində bu videonu ABŞ bayrağı və smaylik əlavə edərək paylaşıb.
Ağ Evin sonuncu mətbuat katibi Keti Zaxariya bu vəzifəyə təyin olunduqdan bir həftə belə keçmədən işdən çıxarılıb. O, vəzifəsinin icrasına oktyabrın 12-də başlayıb, ertəsi gün isə özünün ilk və yeganə brifinqini keçirib. Jurnalistlərlə görüş təxminən 14 dəqiqə çəkib. Mətbuat katibi "Breitbart", "Fox News" və "Daily Mail" olmaqla üç nəşrin nümayəndələrinin suallarını cavablandırıb.
Beş gün sonra Zaxariya Ağ Evin mətbuat katibi vəzifəsindən azad edilib. Bununla da o, müasir tarixdə bu vəzifədə ən qısa müddət qalan mətbuat katibi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 122 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGöyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla
12:04 135 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 21 10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
00:15 334 Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
00:11 308 Bakıda ət kombinatında güclü yanğın - Anbaan görüntülər
Paytaxtın Nizami rayonunda hazırda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməs
10:53 162 Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
00:07 303 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 340 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 348 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım
31.10.2026 243