"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışıAzərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi göstərilməsi, ardınca isə Türkiyəyə ünvanlanmış mesaj axtarışına çıxılması jurnalistikanın elementar yoxlama prinsipləri ilə uzlaşmır.

Əvvəlcə ən sadə faktı xatırladaq: Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

Oxu.Az bu barədə artıq oxucularına məlumat verib. Deməli, həmin platformada yayılan videonu "Azərbaycan Prezidentinin paylaşımı" adlandırmaq üçün əsas yoxdur.

Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi nəşrlərdə sözügedən video İlham Əliyevin "rəsmi "TikTok" hesabı"ndan paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərinə yol tapıb. Sosial şəbəkələrdə isə bu təqdimat daha da irəli aparılaraq videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.

Halbuki səsləndirilən sözlərin mənbəyi də, tarixi də, konteksti də məlumdur.

Videoda istifadə olunan ifadələr Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində yer alır. Dövlət başçısı həmin çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışırdı. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz bu kontekstdə səslənib. Çıxışın tam mətni Prezidentin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Bu sözləri bugünkü Türkiyə gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim etmək onların tarixi mənasını təhrif edir.

Bu məlumatı yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hesabın rəsmiliyini dəqiqləşdirmək və çıxışın ilkin mənbəyini tapmaq kifayət edərdi.

Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini yerləşdirə, üzərinə başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qoyulması çıxışı yeniləmir. Paylaşımın çox baxış toplaması onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının, profilində isə şəklinin olması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.

Adi istifadəçinin səhvini peşəkar media təkrarlayanda yanlış məlumat daha geniş auditoriyaya çatır və xəbər statusu qazanır. Buna görə böyük media qurumlarının, jurnalistlərin və çoxsaylı izləyicisi olan hesabların məsuliyyəti daha böyükdür.

Oxu.Az olaraq Türkiyənin bəzi media resurslarının bu məsələdə nümayiş etdirdiyi yanaşmanı məsuliyyətsiz hesab edirik. Azərbaycan Prezidentinə aid materialı yoxlamadan yaymaq, sonra da onun üzərində dövlətlərarası münasibətlərə dair mülahizələr qurmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər barədə danışanlardan xüsusilə dəqiqlik və təmkin gözlənilir.

Prezidentin hansısa ölkəyə mesaj verdiyini iddia edən media əvvəlcə həmin mesajın həqiqətən Prezident tərəfindən verildiyini yoxlamalıdır.

Dövlət başçısının rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat üçün müraciət ediləcək ünvanlar açıqdır.

Türkiyədəki həmkarlarımızı və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərini belə materiallara məsuliyyətlə yanaşmağa çağırırıq. Yanlış məlumatı yayan redaksiyalardan isə xəbərlərini düzəltmələrini və oxucularına aydın izah vermələrini gözləyirik.

Auditoriyaya hörmət yoxlanılmış məlumatdan başlayır. İllər əvvəlki çıxışdan bugünkü qarşıdurma üçün başlıq düzəltmək peşəkar jurnalistikaya yaraşmır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd

17:20 242
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

23:00 0
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

13:30 200
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

19:00 189
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

16:40 197
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 162
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

18:40 175
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

19:30 172
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

15:26 208
.