Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər.
Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, şərti olaraq vaxtından əvvəl azad edilmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə tətbiq oluna bilər.
Qeyd olunub ki, məhkəmə məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə ehtiyac olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu zaman məhkum tamamilə və ya qismən əlavə cəzadan da azad oluna bilər.
Nazirlikdən bildirilib ki, bu barədə qərar qəbul edilərkən məhkumun islah olunma vəziyyəti, cəzanın tam çəkilməsinə zərurətin qalıb-qalmaması, əməyə və təhsilə münasibəti, psixoloji durumu, cəzaçəkmə dövründə davranışı, ona tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, eləcə də məhkumun şəxsiyyətini xarakterizə edən digər hallar nəzərə alınır.
Bu meyarlar əsasında məhkumun davranışı və islah olunma vəziyyəti qiymətləndirilir. Cəzaçəkmə müəssisəsi tərəfindən onun barəsində hazırlanmış mülahizə məhkumun ərizəsi və şəxsi işi ilə birlikdə baxılması üçün məhkəməyə təqdim olunur.
Şərti olaraq vaxtından əvvəl azad edilmə üçün məhkumun çəkməli olduğu cəza müddətinin minimum hissəsi törədilmiş cinayətin kateqoriyasından asılıdır.
Belə ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətə görə məhkum olunmuş şəxsin təyin edilmiş cəzanın ən azı yarısını çəkməsi tələb olunur.
Ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra bu hüquqdan yararlana bilərlər.
Xüsusilə ağır cinayət törətmiş şəxslər üçün isə təyin edilmiş cəza müddətinin ən azı dörddə üçünün çəkilməsi tələb olunur. Eyni müddət əvvəllər şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin bu azadetmə qanunvericilikdə nəzərdə tutulan əsaslarla ləğv edilmiş şəxslərə, həmçinin əvvəllər azadlıqdan məhrumetmə cəzası çəkmiş və cinayətlərin residivinə görə yenidən bu cəzaya məhkum olunmuş şəxslərə də şamil edilir.
Ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər barəsində də şərti olaraq vaxtından əvvəl azad edilmə mümkündür. Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə belə məhkumun azı 25 il həbsdə olduğunu və cəza çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq, onun cəzanı çəkməsinə daha ehtiyac olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Beləliklə, şərti olaraq vaxtından əvvəl azad edilmə avtomatik tətbiq olunan mexanizm deyil. Məhkumun qanunla müəyyən edilmiş minimum cəza müddətini çəkməsi ilə yanaşı, onun davranışı və islah olunma vəziyyəti də məhkəmə tərəfindən qiymətləndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
18:00 116 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
19:30 0 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
15:30 172 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 183 Şəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var
Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo
10:58 197 Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
15:10 202 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
18:30 94 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
19:20 0 Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 194