Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb.

Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqlarını bildiriblər. Qeyd edilir ki, uşaqlar arasında yayılan bu virusun rotavirus olduğu bildirilib.

Bəs hazırda Azərbaycanda rotavirusa yoluxma hallarının artması müşahidə olunurmu? Hansı yaş qrupunda olan uşaqlar daha çox risk altındadır? Valideynlər hansı əlamətlər zamanı təcili Həkimə müraciət etməlidirlər?

Oxu.Az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, rotavirus infeksiyası payız-qış mövsümündə artmağa başlayır.

Həkim qeyd edib ki, digər virus infeksiyalarında olduğu kimi, rotavirusa da bu dövrdə daha çox rast gəlinə bilər.

"Hazırda daha çox kəskin respirator virus infeksiyaları (KRVİ) ilə qarşılaşırıq. Rotavirus infeksiyası ilə bağlı müraciətlər isə hələlik çox deyil. Lakin artıq mövsüm başladığı üçün bu xəstəliyin də artacağı gözlənilir.

Rotavirus infeksiyasının yayılması, əsasən, məktəb və bağçaların fəaliyyətə başlaması ilə əlaqədardır. Xüsusilə bağça yaşlı və məktəbəqədər uşaqlar arasında, onların bir-biri ilə sıx təması nəticəsində yoluxma halları artır. Xəstəliyə ən çox bağça yaşlı uşaqlarda rast gəlinir və bu yaş qrupunda infeksiya daha ağır keçə bilər.

Xəstəlik yüksək hərarət, qusma və ishal əlamətləri ilə müşahidə olunur. Ən təhlükəli məqam isə orqanizmin susuzlaşması, yəni dehidratasiya prosesidir. Uşaq qusma və ishal nəticəsində çoxlu maye itirir. Üstəlik, qusma səbəbindən su içməkdə də çətinlik çəkə bilər. Bu isə susuzlaşma riskini daha da artırır.

Belə hallarda uşağa mayeni az miqdarda, lakin tez-tez vermək lazımdır. Məsələn, bir dəfəyə çox su içirmək əvəzinə, kiçik qurtumlarla maye qəbul etməsi daha məqsədəuyğundur. Çünki çox miqdarda maye qəbul etdikdə uşaq yenidən qusa bilər. Ehtiyac yarandıqda isə itirilmiş mayenin bərpası üçün venadaxili infuziya tətbiq olunur.

Rotavirus infeksiyasının spesifik müalicəsi yoxdur. Müalicə, əsasən, simptomatik xarakter daşıyır. Hərarətsalıcı preparatlardan, ehtiyac olduqda isə infuzion məhlullardan istifadə edilir. Həmçinin qusma və ishalın azaldılması, maye itkisinin qarşısının alınması məqsədilə həkim göstərişi ilə müvafiq dərman preparatları təyin oluna bilər.

Ümumiyyətlə, istər kəskin respirator virus infeksiyaları, istərsə də rotavirus zamanı uşağın istirahət etməsi vacibdir. Xəstə uşaq fiziki aktivliyini azaltmalı, bağçaya və ya məktəbə getməməli, soyuq havada uzun müddət qalmamalıdır. Orqanizmin enerjisini bərpa prosesinə yönəltməsi üçün istirahət rejiminə əməl etmək lazımdır.

Uşağı yemək yeməyə məcbur etmək də düzgün deyil. Əgər iştahası yoxdursa, onu qidalanmağa məcbur etmək lazım deyil. Lakin maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Xüsusilə rotavirus infeksiyası zamanı itirilən mayenin bərpası olduqca vacibdir. Yemək yox, maye vacibdir.

Rotavirus yoluxması isə fekal-oral mexanizmlə, yəni çirkli əllər və yoluxmuş səthlər vasitəsilə meydana gəlir. Virus, əsasən, bağırsaqda olur və nəcislə xaric olunur. Rotavirusa yoluxmuş uşağın əlləri, geyimi və ətrafdakı əşyalar çirklənə bilir, digər uşaqlar da həmin səthlərə və əşyalara toxunduqda virus onlara da yoluxa bilir.

Azyaşlıların şəxsi gigiyena qaydalarına tam əməl edə bilməməsi, əllərini düzgün yumaması yoluxma riskini artırır. Bu səbəbdən rotavirus infeksiyası xüsusilə uşaq kollektivlərində daha sürətlə yayıla bilər", - deyə M.Əliyev bildirib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 145   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

08.10.2026 689
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 428
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 492
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 461
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 221
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 683
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

04.10.2026 683
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 2876
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

12:50 161
.