Baş həkim İmran Ağayev və həmkarları 67 min mənimsəyib
FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.
BiG.AZ xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, hospitalın baş həkimi İmran Ağayev və digərləri barəsində başlanmış cinayət iş üzrə istintaq yekunlaşdırılıb.
İstintaq zamanı müəyyən edilib ki, İmran Ağayev həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın "VİP korpus"larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat alıb.
Həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu "Medi Style" MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manatı almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 939 Tarix: 15 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş14 yaşlı Nərminənin ölümündə həkimlərin səhvi olub...
Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın "Yevlax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorlu
12:29 541 Bakıya güclü yağış yağır
Bu gün axşam saatlarından etibarən Bakıya leysan xarakterli yağış yağır. "Qafqazinfo"nun məlumatına görə, tədricədən güclənən yağış yollarda avtomobillərin hərəkətinə çətinlik yaradır. Bundan başqa ara-sıra şimşək çaxması da müşahidə olunur. Yağışın intensiv yağması nəticəsində paytaxt yollarınd
14.05.2025 457 Aytacın meyiti tapıldı
Gürcüstanda itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb. "Qafqazinfo" "yə istinadən xəbər verir ki, avtomobildə aşkarlanan meyit ekspertizaya göndərilib. Bundan sonra cansız bədənin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqlar
11:41 636 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub
Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. XALQ-ın məlumata Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsind
16:21 138 Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...
Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir. Qaynarinfo ATV-yə istinadən məlumat verir ki, həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar. Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon mana
10:04 282 Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib (RƏSMİ)
"Son zəng" tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib. Qaynarinfo xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olarkən deyib. O bildiri
16:03 239 Xalq artistinə qarşı 215 minlik DƏLƏDUZLUQ
Rusiyanın xalq artisti Vera Vasilyeva dələduzluğa məruz qalıb. yerli mediaya istinadla bildirir ki, Sankt-Peterburq Musiqili Komediya Teatrının 78 yaşlı aktrisası özünü FTX və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən fırıldaqçıların tələsinə düşüb. Məlumata görə, mayın 13-də Vasilyev
19:15 40 "Rich Life"da dava: Xanım tanışı ilə ad gününə getdi, restorana 7500 manat ziyan vurdu
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Rich Life" restoranında insident törədən şəxsə qarşı məhkəmə qərarı elan edilib. Qaynarinfo-nun məlumatına görə, 2002-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş İntiqam Məmmədova (soyad şərti) qarşı Cinayət Məcəlləsini
16:30 207 Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa…
Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb. Bildirilir ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlə
23:15 1