Kitablar yığılır - Məktəblər tez bağlanacaq?
Əksər məktəblərdə kitablar yığılıb, lakin tədris prosesi davam edir.
Belə ki, 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.
Bu konteksdə sosial şəbəkələrdə "dərsliklər yığılıb və imtahanlar yekunlaşıbsa, əlavə 2 həftə tədris prosesi niyə davam edir" kimi suallar səslənir.
Maraqlıdır, məktəblərdə tədris müddətinin başa çatma tarixinin dəyişməsi mümkündürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, kitabların yığılması üçün hələ tezdir:
"522 nömrəli tövsiyə sənədinə əsasən məktəblərdə dərsliklər tədris ilinin bitməsinə yalnız 2 gün qalmış yığışdırıla bilər. Kitabların, fənlərlə bağlı dərs vəsaitlərinin tədris ili bitməsinə xeyli qalmış yığılması isə arzuolunan hal deyil. Bu həm də hər hansı mərkəzləşdirilmiş qərar əsasında deyil, ayrı-ayrı məktəblərin, onların rəhbərliyinin daxili qaydaları əsasında baş verir. Bu isə yolverilməzdir. Məktəb tədris ilinin ilk günündən ta sonuncu gününədək öz missiyasını yerinə yetirməli, öz "formasını" qorumalıdır. Məktəb heç bir imtahandan asılı olan, onun "köləsi" funksiyasını yerinə yetirən bir müəssisə deyil. Biz bu məntiqlə KSQ və BSQ-lər, yaxud, buraxılış imtahanları bitdi deyib, məktəbi formallaşdıra bilmərik. Məktəb ali məqamdır və bütün imtahanlar onun yalnız və yalnız tərkib hissəsi, aləti rolunu oynamalıdır. Biz bütün bu yanaşmaların yaxşılaşdırılması üçün məktəbə olan münasibətin yenilənməsini, kökündən dəyişilməsini istəməliyik. Bir daha təkrar edirəm ki, məktəb ən sonuncu dərs gününədək öz işini, missiyasını yerinə yetirməyə borcludur. Təbii ki, əgər biz məktəbdə missiyalıq nəyisə qoruyub saxlamışıqsa..."
Mütəxəssis qeyd edib ki, "əgər dərsliklər yığılıb və imtahanlar keçirilibsə, məktəb niyə bağlanmır?" sualı düşünürəm ki, məktəb adına çox məyusedici yanaşmadır:
"Birincisi, dərsliklər niyə iki həftə qabaq yığılmalıdır? Axı bunun üçün müəyyən rəsmi sənədlər var! İkincisi, imtahanların olub-olmamasının məktəbin mövcudluğuna nə dəxlisi? Axı biz niyə məktəbi hər hansı imtahanların son mərhələsi hesab etməliyik?! Məktəb konkret tədris proqramına tabe, vacib məzmun standartları ilə şagirdin formalaşma mərhələsini həyata keçirən, yaxud, keçirməli olan müəssisədir. Gəlin, ona işini sonadək həyata keçirməsinə imkan verək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5169 Tarix: 04 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11.10.2026 211 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
11.10.2026 167 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 197 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
11.10.2026 214 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11.10.2026 196 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 185 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11.10.2026 178 Sabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy
11.10.2026 205 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün
11.10.2026 193