Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

BiG.AZ həmin bəyanatı təqdim edir:

"Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edirik. Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik.

Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq, Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.

Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşamasında təzahür edir. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının rəmzi kimi yaddaşlarda qalıb.

Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə uyğundur.

Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur.

Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin, milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır.

Dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz. Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər, Azərbaycanı "mollalaşdırmaq", "iranlaşdırmaq" və dini ehkamlar əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail olmayacaqlar.

Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir. Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları olmalıdır.

Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir. Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq. Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər birimizin vətəndaşlıq borcudur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 166   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 366
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud

10:45 142
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

14:42 106
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

14:30 115
.

Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı

Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu

13:20 138
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 313
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç

00:41 362
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

15:30 45
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11:13 476
.