Oyan Nəzəriani və İbrahim Yusubov dünya ikincisi oldu
Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.
Omid Kamaliağdam C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan Omid Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək Dünya Seriyasının sonuncu - 4-cü mərhələsini bürünc medalla başa vurub.
İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən İbrahim həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani Yunanıstanın 2 güləşçisiylə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən Oyan finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.
Beləliklə, İyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə Dünya Seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olub. Onu da nəzərinizə çatdıraq ki, bu 2 güləşçi ilk mərhələdə iştirak etməyib.
80 kq
C qrupu
1-ci görüş: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
2-ci görüş: Omid Kamaliağdam – Radu Huhulea (Rumıniya) 3:0
3-cü görüş: Omid Kamaliağdam – Edmilson Qomes (Portuqaliya) 3:0
1/2 final: Omid Kamaliağdam – Vasili Mixaylov (Ukrayna) 1:3
Bürünc medal görüşü: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
90 kq
Təsnifat: İbrahim Yusubov – Georgios Tsaknakis (Yunanıstan) 2:1
B qrupu
1-ci görüş: İbrahim Yusubov – Mixeil Tsikovani (Yunanıstan) 3:0
2-ci görüş: İbrahim Yusubov – Məhəmməd İnam (Pakistan) 0:3
3-cü görüş: İbrahim Yusubov – Aleksey Yakovçuk (Ukrayna) 3:1
1/2 final: İbrahim Yusubov – Mahmut Seyfi Özkaya (Türkiyə) 3:0
Final: İbrahim Yusubov – Dato Marsaqişvili (Gürcüstan) 3:1
+90 kq
A qrupu
1-ci görüş: Oyan Nəzəriani – Konstantinos Fotiadis (Yunanıstan) 5:0
2-ci görüş: Oyan Nəzəriani – Axilles Xrisidis (Yunanıstan) 5:1
3-cü görüş: Oyan Nəzəriani – Eduardo Qiqliotti (İtaliya) 3:0
1/2 final: Oyan Nəzəriani – Vasile Karas (Rumıniya) 3:0
Final: Oyan Nəzəriani – Mamuka Kordzaya (Gürcüstan) 2:0
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1743 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 774 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 796 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 569 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 912 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 1364 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 751 Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 659 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 616 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 761