Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişimZəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb.

"Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə özünün milli iradəsini, dövlətimizin gücünü və xalq-iqtidar birliyini nümayiş etdirdi. Bu Qələbə uzun illər işğal altında qalmış torpaqlarımızda yeni inkişaf mərhələsinin başlanğıcını qoydu". Bunu BiG.AZ-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib.

Azər Badamovun sözlərinə görə, təxminən 30 il davam edən işğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni abidələrimiz, dini məkanlarımız və sosial-iqtisadi infrastrukturumuz məhv edilmişdi: "Azərbaycan dövləti Qələbədən sonra qarşısına təkcə dağıdılmış əraziləri bərpa etmək deyil, həm də həmin torpaqlarda müasir iqtisadi məkan yaratmaq məqsədi qoydu".

A.Badamov bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın iqtisadi gücünün, maliyyə imkanlarının və uzunmüddətli inkişaf strategiyasının real göstəricisidir: "2020-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə bu istiqamətə 3,5 milyard manat, 2027-ci ildə isə 3,4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bu rəqəmlər göstərir ki, Qarabağın bərpası müvəqqəti tikinti layihəsi deyil, Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf siyasətinin mühüm istiqamətidir".

Deputatın sözlərinə görə, son altı ildə bölgədə nəqliyyat infrastrukturunun qurulması istiqamətində də böyük işlər görülüb: "3 720 kilometrdən artıq uzunluqda 64 avtomobil yolu layihəsinin icrası həyata keçirilib. Onlardan 1 400 kilometrdən çoxunu əhatə edən 17 layihə tamamlanıb. Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanının istifadəyə verilməsi regionun nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb".

Dəmir yollarının bərpası, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və Zəngəzur dəhlizi perspektivi Azərbaycanın regional nəqliyyat-logistika imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihələr gələcəkdə ölkəmizin beynəlxalq tranzit imkanlarını gücləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar yaradacaq.

Digər mühüm istiqamət enerji, su və rəqəmsal infrastrukturun yaradılmasıdır. Bölgədə yeni elektrik yarımstansiyaları, su elektrik stansiyaları, su anbarları və suvarma sistemləri inşa olunur. Bərpaolunan enerji potensialının reallaşdırılması Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə yaşıl enerji məkanına çevrilməsi üçün mühüm zəmin yaradır. Müasir rabitə və internet infrastrukturunun qurulması isə rəqəmsal iqtisadiyyatın inkişafına şərait yaradır.

Quruculuq prosesinin əsas məqsədlərindən biri də bölgədə yeni iqtisadi fəaliyyət və məşğulluq imkanlarının yaradılmasıdır. Ağdam Sənaye Parkı, Cəbrayılda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı və Zəngilandakı Dost Aqroparkı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu layihələr istehsalın genişləndirilməsinə, yerli xammalın emalına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması da regionun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Çünki iqtisadi inkişafın əsasını yalnız infrastruktur və maliyyə resursları deyil, həm də bilikli, peşəkar və rəqabətqabiliyyətli insan kapitalı təşkil edir.

Bütün bu proseslərin mərkəzində isə Böyük Qayıdış dayanır. 2026-cı ilin məlumatlarına əsasən, keçmiş məcburi köçkünlərin 48 yaşayış məntəqəsinə - 10 şəhər, 3 qəsəbə və 35 kəndə qayıdışı təmin edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə 100 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

Böyük Qayıdış yalnız insanların doğma evlərinə qayıtması deyil. Bu, eyni zamanda həmin ərazilərdə yeni iqtisadi və sosial həyatın formalaşması deməkdir. İnsanların qayıdışı ilə istehlak bazarı genişlənir, əmək resursları artır, sahibkarlıq fəaliyyəti canlanır və yerli iqtisadi dövriyyə formalaşır.

Azər Badamov bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri qayıdan insanların davamlı məşğulluğunun təmin edilməsi, özəl investisiyaların cəlb olunması və regionda dayanıqlı iqtisadi fəaliyyətin formalaşdırılmasıdır: "Dövlət investisiyaları ilə yanaşı, sahibkarların və özəl sektorun bu prosesdə daha fəal iştirakı Qarabağın iqtisadi potensialının tam reallaşdırılmasına imkan verəcək".

Qarabağda aparılan quruculuq işləri Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyini də gücləndirir. Yeni nəqliyyat, enerji və logistika infrastrukturu ölkəmizin Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit imkanlarını genişləndirir. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və regionda davamlı sülhün təmin olunması üçün yeni perspektivlər yaradır.

Bütün bunlar göstərir ki, Zəfərdən sonrakı altı il Azərbaycan üçün təkcə dağıdılmış ərazilərin bərpası dövrü deyil, həm də yeni iqtisadi məkanın formalaşması, sosial həyatın dirçəldilməsi və gələcək inkişafın möhkəm təməllərinin yaradılması mərhələsidir.

Ən mühüm nəticə isə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması, orada yaşaması, işləməsi və gələcəyini qurmasıdır.

Zəfər bizə torpaqlarımızı qaytardı, quruculuq həmin torpaqlarda həyatı yenidən canlandırdı, Böyük Qayıdış isə tarixi Qələbəmizi sosial və iqtisadi reallığa çevirir. Qarabağın dirçəlişi Azərbaycanın iqtisadi gücünün, milli iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının təcəssümüdür.

AYNURƏ MƏMMƏDOVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 165   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.