Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə damar cərrahı və fleboloq Konstantin Surtaev gazeta.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, ödem müstəqil xəstəlik deyil, toxumalarda mayenin toplanmasıdır. Buna uzun müddət oturmaq, həddindən artıq duz qəbulu və ya travma səbəb ola bilər. Lakin şişkinlik ürək, böyrək, qaraciyər, damar və qalxanabənzər vəz xəstəliklərinin də əlaməti ola bilər. Buna görə də bütün hallarda təsirli olan universal ev müalicəsi yoxdur.
Mütəxəssis xüsusilə sidikqovucu bitkilərin nəzarətsiz istifadəsini təhlükəli hesab edir. Mərcangilə yarpağı, qatırquyruğu, ayıqulağı və cəfəri sidik ifrazını artıra bilər, lakin ödemin əsas səbəbini aradan qaldırmır. Bu vasitələrin həddindən artıq qəbulu susuzlaşmaya, təzyiqin aşağı düşməsinə və orqanizmdə elektrolit balansının pozulmasına gətirib çıxara bilər.
Həkim tanışların məsləhəti ilə aptekdən alınan sidikqovucu dərmanların qəbulunu da məsləhət görmür. Belə preparatların dozası böyrəklərin vəziyyəti və elektrolit göstəriciləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əks halda əzələ qıcolmaları, ürək ritminin pozulması və böyrəklərin fəaliyyətinin pisləşməsi mümkündür.
Surtaev su qəbulunun kəskin azaldılmasının da düzgün yanaşma olmadığını vurğulayıb. Bu üsul bəzi hallarda susuzlaşmaya səbəb ola bilər. Eyni zamanda sauna və isti vannaların şişkinliyi müalicə etmədiyini, əksinə, təzyiqin düşməsi və maye itkisi ilə nəticələnə biləcəyini qeyd edib.
Hansı hallarda həkimə müraciət edilməlidir?
Mütəxəssis qəfil şişən ayağın intensiv masaj edilməsinin xüsusilə təhlükəli olduğunu bildirib. Bir ayaqda yaranan şişkinlik ağrı, qızartı və həmin nahiyədə istilik hissi ilə müşayiət olunursa, bu, dərin vena trombozunun əlaməti ola bilər. Belə vəziyyətdə vaxt itirmədən tibbi yardım almaq lazımdır.
Həkim kələm, kartof, duz və soda ilə hazırlanan kompreslərin də artıq mayeni toxumalardan çıxarmadığını bildirib. Sərin kompres narahatlığı müvəqqəti azalda bilsə də, xəstəliyi müalicə etmir. Spirtli və yüksək konsentrasiyalı duz məhlulları dərini qıcıqlandıra, düzgün tətbiq edilməyən sıx sarğılar isə qan dövranını poza bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 130 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
22:45 1 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
23:15 1 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
20:51 0 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
13:55 308 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
18:30 172 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
12:31 270 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
20:15 112 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
19:00 174 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 186