Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarının qarşılanması üçün əlavə vəsait tələb olunur. Bu xərclər isə aztəminatlı və gənc ailələr üçün ciddi maliyyə yükü yaradır. Müavinətin 900 manat artırılması həmin yükün müəyyən qədər azaldılmasına kömək edə bilər.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?Bu artımın demoqrafik baxımdan da müəyyən əhəmiyyəti var. Azərbaycanda doğum sayının azalması fonunda ailələrə göstərilən sosial dəstəyin gücləndirilməsi xüsusi aktuallıq daşıyır. Bununla belə, hesab edirəm ki, birdəfəlik doğum müavinətinin 600 manatdan 1500 manata qaldırılması özlüyündə demoqrafik vəziyyətdə ciddi dönüş yaratmaq üçün kifayət deyil. Çünki ailələr uşaq sahibi olmaq barədə qərar verərkən yalnız doğuş zamanı alacaqları birdəfəlik ödənişi deyil, həm də uşağın gələcək tərbiyəsi, təhsili, səhiyyəsi, mənzil və gündəlik yaşayış xərclərini nəzərə alırlar.

Bu baxımdan doğum müavinətinin artırılması daha geniş sosial siyasətin tərkib hissəsi kimi həyata keçirilməlidir. Uşaqlara görə aylıq sosial ödənişlərin artırılması, uşaq bağçalarının əlçatanlığının genişləndirilməsi, işləyən valideynlər üçün əlavə güzəştlərin tətbiqi və gənc ailələrin mənzil təminatına dəstək göstərilməsi də mühüm əhəmiyyət daşıyır.

Əsas məqsəd ailələrə yalnız uşağın dünyaya gəldiyi zaman deyil, onun böyüdülməsi, təhsili və sağlamlığının qorunması prosesində də davamlı və real dəstək göstərmək olmalıdır. Yalnız bu halda sosial müavinətlərin artırılması ailələrin rifahına və uzunmüddətli demoqrafik hədəflərə daha ciddi töhfə verə bilər.

Akif Nəsirli- Liberal İqtisadçılar Mərkəzinin sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 367
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 84
.

1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir

2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi

04.11.2026 417
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 187
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 386
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

04.11.2026 316
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 316
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

12:17 98
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 110
.