Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır.
Oxu.Az-ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminən 1.6 milyon ABŞ dolları) vəsait ayrılıb.
Məlumata görə, 2023-cü ildə bu məqsədlərlə təxminən 542 milyon dram, 2024-cü ildə isə 603 milyon dram ayrılmışdı. Beləliklə, gündəlik xərclər 1.7 milyon dramı (təxminən 5 min dollar) geridə qoyur. Bu vəsaitlər dörd yüksəkvəzifəli məmurun və onların ailələrinin təminatı üçün nəzərdə tutulub. Bunlar baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, parlament sədrinin müavini Ruben Rubinyan və müdafiə naziri Suren Papikyandır.
Xərclərə Kond ərazisindəki hökumət iqamətgahlarının saxlanılması, kommunal xidmətlər, mühafizə və texniki xidmət daxildir. Lakin nəşr iddia edir ki, dövlət hesabına ailələrin məişət xərcləri də - ərzaq məhsullarından və tualet kağızından tutmuş kosmetik prosedurlara qədər hər şey ödənilir.
Nəşr daha əvvəl bildirmişdi ki, Paşinyanın ailəsindəki qadınların istifadə etdiyi gözəllik salonunun xidmətləri "Hökumət bağlarının təsərrüfatı" vasitəsilə ödənilir. Hökumət aparatı jurnalistlərin sorğusuna cavab olaraq bu məlumatı təsdiqləyib və izah edib ki, baş nazir hər ay maaşının bir hissəsini təşkilatın hesabına köçürür və ödənişlər oradan həyata keçirilir.
Jurnalistlər həmçinin salon xidmətlərinin qiymətlərini də aydınlaşdırıblar: gelli manikür 13 min dramdan, pedikür isə 20 min dramdan başlayır. Xidmət ən azı iki gün əvvəldən rezervasiya edilməsi tələb olunan VIP-zalda göstərilir.
Nəşrin hesablamalarına görə, əgər baş nazirin həyat yoldaşı və üç qızı salona ayda iki-üç dəfə baş çəkirsə, manikür və pedikür xərcləri aylıq demək olar ki, 1000 dollara çata bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 181 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub
04.11.2026 103 Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar
Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo
04.11.2026 244 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
04.11.2026 272 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 221 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 137 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf
04.11.2026 229 Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə
Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd
04.11.2026 237 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
04.11.2026 192 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
04.11.2026 498