Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir?

"Nəticələri həm də ABŞ-də hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət mexanizmlərinin yenidən fəallaşması kimi qiymətləndirmək lazımdır. Hesab edirəm ki, qarşıdakı iki il Trampın prezidentlik fəaliyyətinin ən mürəkkəb mərhələlərindən biri ola bilər". Bunu politoloq Amid Əliyev BiG.AZ-a bildirib.
Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?A.Əliyevin sözlərinə görə, ilk növbədə, ABŞ siyasi sisteminin konstitusion xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. ABŞ prezident respublikasıdır və prezident icra hakimiyyətinin rəhbəri olsa da, bütün dövlət hakimiyyətini öz əlində cəmləşdirə bilmir: "ABŞ Konstitusiyasının I maddəsinin 1-ci bölməsinə əsasən, federal qanunvericilik hakimiyyəti Senat və Nümayəndələr Palatasından ibarət Konqresə məxsusdur. Konstitusiyanın II maddəsi isə icra hakimiyyətini prezidentə verir. Lakin, Tramp prezident olaraq öz icra hakimiyyəti səlahiyyətlərini qoruyub saxlayacaq, lakin siyasi proqramının qanunvericilik səviyyəsində reallaşdırılması əvvəlki dövrlə müqayisədə daha mürəkkəb olacaq".

Politoloq hesab edir ki, Demokratların əldə etdiyi üstünlüyün ən mühüm nəticələrindən biri Tramp administrasiyasının fəaliyyətinə parlament nəzarətinin güclənməsi olacaq: "Konqres komitələri vasitəsilə müxtəlif dövlət qurumlarının fəaliyyəti araşdırıla, administrasiyanın nümayəndələri dinləmələrə dəvət edilə, sənədlər və izahatlar tələb oluna bilər. Xüsusilə dövlət vəsaitlərinin istifadəsi, prezidentin qərarlarının hüquqi əsasları, mümkün maraqlar toqquşması, federal qurumların fəaliyyəti və xarici siyasət qərarları Demokratların diqqət mərkəzində ola bilər. Bu baxımdan, Tramp administrasiyası yalnız siyasi rəqibləri ilə deyil, həm də daha güclü institusional nəzarət mexanizmləri ilə üzləşəcək".

A.Əliyevin sözlərinə görə, xarici siyasət və təhlükəsizlik məsələləri də qarşıdakı dövrdə ciddi siyasi müzakirə predmetinə çevriləcək: "Xüsusilə İranla müharibə, Yaxın Şərqdə hərbi iştirak və ABŞ-nin regional strategiyası Demokratların Konqresdəki fəaliyyətində mühüm yer tuta bilər. Demokratlar hərbi əməliyyatların maliyyələşdirilməsinə müəyyən şərtlər qoymağa, administrasiyadan qərarların hüquqi əsaslandırılmasını tələb etməyə və hərbi səlahiyyətlərin sərhədlərini müzakirəyə çıxarmağa çalışa bilərlər".

Məsələnin digər mühüm tərəfi 2028-ci il prezident seçkiləri ilə bağlıdır. Demokratlar Konqresdə əldə etdikləri üstünlükdən Tramp administrasiyasına alternativ siyasi gündəm formalaşdırmaq, öz liderlərini ön plana çıxarmaq və növbəti prezident seçkilərinə hazırlıq üçün istifadə edə bilərlər. Tramp üçün isə Respublikaçılar Partiyasının siyasi birliyini qorumaq və öz siyasi irsinin davamlılığını təmin etmək əsas məsələlərdən birinə çevriləcək. ABŞ Konstitusiyasına edilmiş 22-ci düzəliş prezidentin iki dəfədən artıq seçilməsini qadağan etdiyindən, Trampın ikinci prezidentlik müddətindən sonra Respublikaçılar Partiyasında liderlik məsələsi də aktuallaşacaq.

Politoloq bu seçkilərin nəticəsini Trampın siyasi hakimiyyətinin sona çatması kimi deyil, onun prezidentlik fəaliyyətinin institusional baxımdan daha ciddi məhdudiyyətlərlə üzləşməsi kimi qiymətləndirir: "Demokratların Konqresdə çoxluğu Trampın prezidentlik səlahiyyətlərini aradan qaldırmır, lakin onun qərarlarının həyata keçirilməsi üçün daha mürəkkəb siyasi mühit formalaşdırır. Əsas məsələ bundan sonra Ağ Evin Konqreslə münasibətləri hansı istiqamətdə quracağıdır: kompromis və əməkdaşlıq, yoxsa qarşıdurma və siyasi blokada".

AYNURƏ MƏMMƏDOVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 155   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 405
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 284
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 353
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 236
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 175
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

12:31 223
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 199
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 209
.