"Araz Naxçıvan" Çempionlar Liqasına heç-heçə ilə yekun vurub

"Araz Naxçıvan" Çempionlar Liqasına heç-heçə ilə yekun vurub"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.

Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.

Çempionlar Liqası, əsas mərhələ

B yolu, 6-cı qrup

III tur

16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6

Qollar: Şkipeon Brahimi, 12`05"; 33`58", Anton Uka, 18`52", Arber Şkodra, 25`54", Xorxe Stiven Abril Qarsiya, 35`25", Yulian Diaz, 39`07 - İsa Atayev, 6`18"; 24`30", Felipinyo, 9`09", Maneka, 9`41", Ramiz Çovdarov, 11`15", David Qustavo, 22`49"

Baş hakim: Denis Kutsıy (Ukrayna)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1293   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 774
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 796
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 569
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 912
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20.10.2026 1364
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17.10.2026 751
.

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"

25.10.2026 659
.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 616
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12.10.2026 761
.