Xoruldamaq bu təhlükəli xəstəliklərin əlaməti ola bilər: İnfarkt, insult və ...

Xoruldamaq bu təhlükəli xəstəliklərin əlaməti ola bilər: İnfarkt, insult və ...Xoruldama daha çox kişilərdə və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinən ümumi yuxu problemidir və yüngül, şiddətli, fasiləli və ya davamlı formalarda ola bilər. Ara-sıra, xüsusən də yorğun olarkən xoruldamaq ciddi sağlamlıq problemi deyil. Ancaq uzun müddətdir xoruldama probleminiz varsa, bu, sağlamlığınız və yuxu keyfiyyətinizə təsirsiz ötüşmür.

Qulaq, burun boğaz üzrə türkiyəli mütəxəssis Hayati Kale bununla bağlı detallı məlumatlar verib. O, xorultuya səbəb olan amillərdən söz açıb. Belə ki;

*Artıq çəki
*Boğaz ətinin şişməsi
*Burun deformasiyaları
*Boğazın və çənənin anatomik strukturunda deformasiyalar
*Burun tutulması
*Yuxu həbləri
*Ürək xəstəlikləri
*Burun polipləri
*Hamiləlik
*Arxası üstə uzanaraq başı aşağı yatmaq
*Çox yorğun olmaq

Bəs yuxu apnesi ( nəfəsin kəsilməsi) nədir?

Bu, yuxu zamanı anormal nəfəs alma ilə xarakterizə olunan bir vəziyyətdir. Yuxu apnesi olan insanların yatarkən nəfəs almalarında uzun fasilələr olur. Müvəqqəti tənəffüs gecikmələri keyfiyyətsiz yuxuya gətirməklə yanaşı, bədənin kifayət qədər oksigen almamasına və ciddi sağlamlıq nəticələrinə də səbəb ola bilər. Başqa sözlə, apne yalnız xoruldama problemi deyil, həm də tənəffüs yolu xəstəliyidir. Buna görə də müalicə mütləqdir. Yuxu apnesinin bir neçə növü var, lakin ən çox rast gəlinən "obstruktiv yuxu apnesi"dir. Bu tip apne, yuxu zamanı tənəffüs yollarının ara-sıra tıxanması zamanı ortaya çıxır.

Yuxu apnesi hansı problemlərə yol açır?

Əsas problem kifayət qədər istirahət etməməkdir. Yuxunun olmaması insana fiziki, zehni və emosional olaraq təsir edən geniş spektrli sağlamlıq problemləri ilə əlaqələndirilir. Bundan əlavə, müalicə olunmayan apne yüksək təzyiq, infarkt, ürək xəstəlikləri və insult kimi müxtəlif ürək-damar problemlərinə də gətirib çıxara bilər.

Xorultu və apne müalicəsi

Xorultu çox şiddətli deyilsə, hündür yastıqda, arxa üstə yatmaq vərdişini dəyişmək, arıqlamaq, yatmazdan əvvəl yemək yeməmək kimi üsullar təsirli ola bilər. Ancaq qeyd edilənlərə baxmayaraq problem aradan qalxmazsa, həkimə müraciət etmək lazımdır. Xoruldamanın səbəbindən asılı olaraq müalicə fərqli olur. Burun nahiyəsində sümük əyriliyi, tıxanıqlıq, ət və polip kimi rahat nəfəs almağa mane olan hallar varsa, bu, dərmanla, lazım olduqda cərrahi üsullarla müalicə edilməlidir. Bəzi hallarda ağız aparatının istifadəsi yuxu zamanı dilin geriyə doğru hərəkətinin qarşısını alaraq xoruldamanın qarşısını ala bilər. Əgər yuxu apnesi varsa, gecə yatarkən xüsusi cihazlar taxılaraq tənəffüs problemi müalicə edilir. Bir sözlə, müalicələr xoruldamanın səbəbindən asılı olaraq xeyli dəyişir./Sfera.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2003   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.