Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətində Qarabağın azadlığı, Azərbaycanın suverenliyinin tam bərpası, Böyük Qayıdış və gələcək inkişaf məsələlərinin xüsusi vurğulanması hər birimizdə qürur hissi doğurur.
Prezident İlham Əliyevin Zəfər Günü müraciətini Xankəndidən səsləndirməsi, xüsusilə "Qarabağ Azərbaycandır və nida" bəyanatının tarixi məzmununa diqqət çəkməsi böyük rəmzi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə Qarabağda yeni bir mərhələnin əsası qoyuldu. Bu gün həmin torpaqlarda dövlət idarəçiliyinin, sosial həyatın, elmin, təhsilin və iqtisadi fəaliyyətin bərpası gələcəyə yönəlmiş ardıcıl siyasətin nəticəsidir.
Məni xüsusilə sevindirən məqamlardan biri azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Uzun illər işğal altında qalmış ərazilərdə yaşayış məntəqələri ilə yanaşı, təbii landşaftlara və ekosistemlərə də ciddi ziyan vurulub. Meşələrin qırılması, təbii ehtiyatların istismarı, torpaqların deqradasiyası və su ehtiyatlarının çirklənməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən Qarabağda bərpa prosesinə yalnız tikinti və infrastruktur layihələri kimi deyil, kompleks ekoloji dirçəliş prosesi kimi yanaşmaq vacibdir. Azərbaycan florası nadir və zəngin növ müxtəlifliyi ilə seçilir. Qarabağ və Şərqi Zəngəzur əraziləri də ölkəmizin botaniki müxtəlifliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu ərazilərin bitki örtüyünün öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin müəyyənləşdirilməsi, onların təbii populyasiyalarının qorunması elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyur.
Prezidentin müraciətində xüsusi yer tutan Böyük Qayıdış proqramı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnsanların doğma yurdlarına qayıtması ilə Qarabağda həyat yenidən canlanır. Lakin bu qayıdışın davamlı olması üçün sağlam ətraf mühitin, təmiz su ehtiyatlarının, münbit torpaqların və yaşıl ekosistemlərin qorunması vacibdir. Müasir yaşayış məntəqələrinin salınması ilə yanaşı, yaşıllıq zolaqlarının yaradılması, yerli bitki növlərindən istifadə, meşə və otlaq sahələrinin bərpası da diqqət mərkəzində olmalıdır.
Zəfər Muzeyinin Xankəndidə yaradılması ilə bağlı qərarı da milli yaddaşın qorunması baxımından mühüm hadisə hesab edilməlidir. Tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin qəhrəmanlığının yaşadılması hər birimizin mənəvi borcudur. Eyni zamanda, Qarabağda qurulan yeni həyatın, bərpa edilən təbiətin və elmi tədqiqatların nəticələrinin də gələcək nəsillərə ötürülməsi vacibdir. Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylik bu gün quruculuq mərhələsində də davam etməlidir.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 323 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 193 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 341 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 378 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 212 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
10:26 234