Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi.
8 Noyabr - Zəfər Günü xalqımızın qəhrəmanlığını, milli iradəsini və tarixi ədalətin bərpasını təcəssüm etdirən ən möhtəşəm günlərdəndir. 2026-cı il noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə Şuşaya səfəri bu əlamətdar tarixin siyasi və mənəvi məzmununu daha da zənginləşdirdi.
Prezident İlham Əliyev Türkiyə Prezidentini Şuşada qəbul edərkən onun Zəfər Günündə Azərbaycanda olmasını yüksək qiymətləndirdi. Bu görüş Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən böyük minnətdarlıqla xatırlandığını bir daha təsdiqlədi. Cənab Prezident bildirdi ki, "Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır".
Qeyd edildi ki, 44 gün ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Qəhrəman ordumuzun fədakarlığı sayəsində onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.
Ölkə başçısı Bəyanatında vurğulayıb ki, bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və bu prosessin konkret nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib. Artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, lakin hələ son imza atılmayıb. Bunun səbəbləri barədə Türkiyə və Azərbaycan ictimaiyyətinin məlumatı vardır.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Şuşa Bəyannaməsi xüsusi yer tutur. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə formalaşdırdı. Eyni zamanda, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətin, regional və beynəlxalq məsələlərdə ortaq mövqelərin strateji əsaslarını müəyyənləşdirdi.
Şuşa Bəyannaməsinin məhz bu şəhərdə imzalanması xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar işğal altında olmuş, azadlığı uğrunda Azərbaycan əsgərinin qəhrəmanlıq göstərdiyi Şuşada iki qardaş ölkənin liderlərinin müttəfiqlik sənədinə imza atması tarixi ədalətin bərpasının və yeni reallıqların təsbitinin parlaq nümunəsi idi. Beləliklə, Şuşa həm Qarabağ Zəfərinin, həm də Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin simvoluna çevrildi. Prezident İlham Əliyevin dediyi kimi: "44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır".
Ölkə başçısı Bəyanatında düşmənlərimizə açıq mesajını göndərdi: "Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz noyabrın 8-də, Zəfər Günündə Qarabağda - Şuşada olması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu səfər Türkiyənin Azərbaycanla həmrəyliyinin, ortaq sevinc və qürurunun ifadəsidir. Eyni zamanda, iki qardaş dövlətin keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə olacağına dair dünyaya ünvanlanmış aydın mesajdır. Zəfər Günündə Şuşada keçirilən görüş Azərbaycan-Türkiyə qardaşlığının növbəti təsdiqi olmaqla yanaşı, iki ölkənin ortaq strateji hədəflərinin, siyasi iradəsinin və gələcəyə hesablanmış baxışlarının nümayişi kimi tarixə düşdü.
Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxmış, tarixin müxtəlif mərhələlərində möhkəmlənmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərdir. Şuşadan bir daha təsdiqləndi ki, bu birliyin təməlində ortaq tarix, qardaşlıq, qarşılıqlı etimad və milli maraqlar dayanır. Şuşa bu dəfə də tarixə iki qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin və ortaq gələcəyə inamının rəmzi kimi həkk olundu.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 134
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 97
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 0
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 305
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 120
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 44
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 180
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 135
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 280
.